Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Həbsdəki cəbhəçilərdən birinin aclıq etdiyi bildirilir


E.Həsənov
E.Həsənov

Qarabağa dəstək yürüşündən sonra həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərindən Elnur Həsənovun təcridxanada aclıq etdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verərək bildirib ki, E.Həsənov bununla həm haqqındakı qərarın qanunsuzluğuna, həm də cəzasının saxlandığı gündən hesablanmamasına etiraz edir.

"Elnuru iyulun 21-də tutublar. İki gün "bandotdel"də (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) saxlayıblar. Bu müddətdə Baş Prokurorluğun İstintaq İdarəsinə gətirib, Qarabağ yürüşü işi üzrə dindiriblər. İyulun 23-də Binəqədi Rayon Məhkəməsinə aparıb, haqqında 30 sutka həbs qərarı alıblar. Cəza müddətini də iyulun 23-dən hesablayıblar", - ailə üzvləri belə deyir.

E.Həsənov İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin rejimi qaydalarının pozulması) maddəsi ilə ittiham olunub. Onun haqqındakı həbs qərarından apellyasiya şikayəti verilib.

Ailə üzvləri deyir ki, E.Həsənovun hər iki valideyni Qarabağ döyüşlərində iştirak edib: "Atası mühüm döyüşlərin iştirakçısı olub. Anası rabitəçi kimi ordu birləşmələrində xidmət edib, sonradan xəstəlikdən dünyasını dəyişib. Elnur özü də Qarabağa dəstək yürüşündə iştirak edib, heç bir qanunsuz hərəkətə yol verməyib. Qoca nənəsi onun himayəsindədir".

AXCP-nin Sabunçu şöbəsinin üzvü olan E.Həsənov hazırda inzibati qaydada həbs olunanların saxlandığı Müvəqqəti Saxlama Təcridxanasındadır. Bu təcridxana Daxili İşlər Nazirliyinin tabeliyindədir.

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov AzadlıqRadiosuna açıqlamasında E.Həsənovun aclıq etməsi barədə deyilənləri təkzib edib. E.Zahidov təcridxanada heç kimin aclıq etmədiyini bildirib: "Elə bir hal qeydə alınmayıb, yalandır".

Xatırlatma

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşünə qatılmış onlarla şəxs saxlanıb. AXCP azı 30 üzvünün saxlandığını bildirir.

Hüquq-mühafizə orqanları polis əməkdaşlarına xəsarət yetirildiyini, xidməti avtomobillərin aşırıldığını bildirir. Kütləvi iğtişaşların təşkili, hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddələri ilə cinayət işi başlanıb.

AXCP-nin iki aparıcı üzvü isə həm də hakimiyyəti zorla ələ keçirmə cəhdində ittiham olunur. Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin həmin yürüşdə iştirak etmədiyini bəyan edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG