Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:59

Koronavirusa yoluxanların sayı 17 milyonu keçib


Braziliyada maska istehsalı, arxiv fotosu
Braziliyada maska istehsalı, arxiv fotosu

İyulun 29-da Birləşmiş Ştatlarda koronavirusdan 1267 ölüm qeydə alınıb, cənub və qərb ştatlarına artan yoluxmalarda səngimə əlaməti görünmür.

Ölkə üzrə ölü sayı 150 mini keçib.

Koronavirusun səbəb olduğu COVID-19-dan ölüm artıq üç həftədir yüksələn xətt üzrə gedir. Arizona, Kaliforniya, Florida və Texas ştatlarında yoluxmalarda artım yaşanır.

Artıq həm bu, həm də digər ştatlar biznesi təkrar açmaq planlarına yenidən baxırlar.

Birləşmiş Ştatlarda ölü sayı dünya üzrə statistikanın – 667 mindən artıq ölümün 25 faizə qədərini təşkil edir. Dünyada təsdiqlənmiş yoluxmalar isə 17 milyona yaxındır.

“Reuters” isə çərşənbə günü Birləşmiş Ştatlarda COVID-19-dan dəqiqədə bir nəfərin vəfat etdiyini, 1461 ölüm qeydə alındığını yazır. Mayın 27-də bu göstərici 1484 nəfər olmuşdu. Agentlik ABŞ-da son iki ayda koronovirusdan ölümün ən böyük sürətlə artdığını yazır.

Bir çox səhiyyə ekspertlərinin fikrincə, sosial məsafə, ölkə boyunca maska taxmaq qaydaları tətbiq olunsa, pandemiya nəzarətə alına bilər.

Braziliya ziyarətçilərə qadağanı qaldırır

ABŞ-da ölü sayı istənilən ölkədən çox olsa da, əhalisinin 330 milyon olmasını nəzərə alaraq adambaşına ölümə görə altıncı yerdədir. Ondan öndə Britaniya, İspaniya, İtaliya, Peru və Çilidir.

Yoluxma və ölümə görə ABŞ-dan sonra ikinci olan Braziliyada iyulun 29-da ölü sayı 90 mini keçib. 211 milyon əhalisi olan ölkədə təsdiqlənmiş yoluxma 2,5 milyondan çoxdur. Ancaq bu statistikaya baxmayaraq, hava nəqliyyatı ilə gələn ziyarətçilərə qadağa götürülüb, ölkə turizm sənayesini canlandırmağa çalışır.

Avstraliyada əhali sayına görə ikinci yerdə olan Viktoriya vilayətində yoluxmalar sürətlə artır. Yerli hakimiyyət sosial məsafə qadağalarını gücləndirib, ştatın cənubunda evlərdə qonaq qəbuluna icazə verilmir. Avqustun 1-dən ictimai yerlərdə maska taxmaq məcburi sayılır.

Çin də iyulun 30-da yeni yoluxmalarda artım olduğunu bildirib. Yeni yoluxmalar daha çox qərbi Sintzyan (Sincan) regionunda qeydə alınır.

Ötən il pandemiyanın ilk dəfə peyda olduğu Çində indiyədək koronavirusa 84 mindən çox yoluxma təsdiqlənib, ölü sayı 4 min 600-dən artıqdır.

Şimali Koreya ölkədə heç bir yoluxma olmadığını bildirsə də, “Rodong Sinmun” qəzeti ehtiyatsızlıqla əlaqədar xəbərdarlıq edib. “Diqqətsizlik anı ağır böhrana səbəb olar”, – qəzet yazıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG