Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:18

Dollar ucuzlaşır, avro bahalaşır


USD/EUR
USD/EUR

Azərbaycanda, bütün dünyada olduğu kimi, bu həftənin əvvəlindən avronun məzənnəsi artıb.

Azərbaycan Mərkəzi Bankın (AMB) məzənnəsinə əsasən, iyulun 29-da 1 avro 1.9939 AZN təşkil edir.

Kommersiya bankları avronu 1.9255-1.9850 manat aralığında alır və 2.0000-2.0240 manata satır.

AMB avronun məzənnəsini tənzimləmir və məzənnə ümumi Avropa valyutasının ABŞ dollarına nisbətindən asılı olaraq formalaşır.

Bu həftənin əvvəlindən dünya birjalarında ABŞ dollarının məzənnəsi iki illik minimuma enərək kəskin şəkildə aşağı düşüb.

Azərbaycandan xaricə dollar çıxaranlar kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

İyulun 25-də 1 dollar 1.1607 avro, bazar ertəsi isə 1.1745 avro idi. Bu, 2018-ci ilin sentyabrından bəri maksimumdur.

Mütəxəssislər dolların ucuzlaşmasını investorların ABŞ iqtisadiyyatının koronavirus epidemiyası və Çin ilə ticarət savaşından təsirlənəcəyi ilə əlaqələndirirlər.

Ekspertlər hesab edir ki, avronun möhkəmlənməsinə Avropa Birliyinin (AB) 750 milyard avro məbləğində iqtisadi bərpa paketi barədə razılığı gəlməsi faktı da təsir göstərib.

Azərbaycanda isə ABŞ dollarının məzənnəsi 2017-ci ilin yazından dəyişməz qalır. O vaxtdan 1 dollar 1 manat 70 qəpiyə bərabərdir.

Ekspertlər bunu Azərbaycanda dolların məzənnəsinin tənzimlənməsi ilə izah edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG