Keçid linkləri

Təcili xəbərlər
2020, 10 Avqust, Bazar ertəsi, Bakı vaxtı 22:30

ABŞ və Rusiya üç günlük nüvə danışıqlarına başlayırlar


Moskva, arxiv fotosu

İyulun 28-də Vyanada ABŞ və Rusiya rəsmiləri arasında nüvə silahlarına nəzarətlə bağlı üç günlük danışıqlar başlanır.

Ötən ay danışıqların birinci raundunda Birləşmiş Ştatlar və Rusiya nüvə silahlarına nəzarətə dair son sazişi müzakirə ediblər. 2010-cu ildə imzalanmış Yeni Strateji Silah Sazişi (Yeni START) hər bir ölkə üçün uzaqmənzilli nüvə silahları başlıqlarının sayına limit qoyur.

İyunun 22-23-də Vyana danışıqlarından sonra ABŞ Prezidentinin silahlara nəzarət üzrə xüsusi elçisi Marshall Billingslea demişdi ki, Rusiya Xarici işlər nazirinin müavini Sergei Ryabkov ilə danışıqlarda proqres əldə ediblər, “çoxsaylı” texniki işçi qruplar yaratmağa razılaşıblar. Yeni START sazişinin müddəti fevralda bitir.

İyulun 27-də isə tərəflər kosmik təhlükəsizliklə bağlı birgünlük dialoq aparıblar. 2013-cü ildən bəri bu, iki ölkə arasında ilk belə görüşdür.

Birləşmiş Ştatlar fəzada məsuliyyətli davranış üçün qaydalar təklif edib.

Rusiya və Çin isə fəzada silahların qadağan olunmasını dəstəkləyirlər.

Şərhlər

XS
SM
MD
LG