Keçid linkləri

Təcili xəbərlər
2020, 10 Avqust, Bazar ertəsi, Bakı vaxtı 23:39

İranla Ukrayna kompensasiyanı müzakirə edəcəklər


Hadisə qurbanlarının anım mərasimi, 11 yanvar, 2020-ci il

Bu həftənin sonuna yaxın İranın nümayəndə heyəti Ukraynaya səfər zamanı yanvarın 8-də İranda vurulmuş Ukrayna sərnişin təyyarəsi üçün kompensasiya məsələsini müzakirə edəcək. Məlumatı Ukraynanın Xarici işlər naziri verib.

“Hadisənin baş verdiyi şəraiti nəzərə alaraq, İrandan buna görə ən yüksək kompensasiyanı istəməyə hər cür səbəb var”,Dmytro Kuleba Varşavaya səfəri zamanı mətbuat konfransında deyib.

“Kompensasiyanın yekun məbləğini açıqlaya bilmərəm… rəqəmlər müzakirələrin nəticəsində açıqlanacaq”, – o vurğulayıb.

Kuleba-nın sözlərinə görə, Ukrayna 29-30 iyul tarixlərində keçiriləcək danışıqlarda bütün ölkələri və qrupları təmsil edəcək.

İran qüvvələri Ukrayna sərnişin təyyarəsini raket hesab edərək vurduğunu açıqlamışdı. Hadisə Birləşmiş Ştatlarla gərginlik yaşandığı dönəmə düşmüşdü. Təyyarədəki 176 nəfər həlak olmuşdu. Onlardan 57-si kanadalı idi.

Təyyarənin vurulmasından bir neçə saat öncə İran İraqda ABŞ qüvvələrinin yerləşdiyi bazaya raket zərbələri endirib. Bu, İranın aparıcı komandirinin ABŞ dronuyla vurulmasına cavab olaraq həyata keçirilmişdi.

Şərhlər

XS
SM
MD
LG