Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:12

Altı aya 1200-dən çox dinc əfqan öldürülüb


Əfqanıstanda intiharçı hücumunda yaralanmış şəxslər, arxiv fotosu

2020-ci ilin birinci yarısında Əfqanıstanda 1282 dinc sakin öldürülüb, 2 min 176 nəfər yaralanıb. Bunu BMT-nin Əfqanıstandakı missiyası (UNAMA) iyulun 27-də yaydığı hesabatda belə deyilir.

Öldürülənlərin 340, yaralıların isə 727 nəfəri uşaqlarda, hesabatda vurğulanır.

BMT Baş katibinin Əfqanıstan üzrə xüsusi elçisi Deborah Lyons deyib ki, hökumətin Taliban silahlı qruplaşması ilə danışıqlar masası arxasına keçməsi üçün tarixi fürsət yarandığı məqamda döyüşlər davam edir və hər gün dinc sakinlərə dəhşətli ziyan dəyir.

Qurbanların 58 faizi üçün Taliban və İslam Dövləti (İD) yaraqlıları məsuliyyət daşıyır, itkilərin 23 faizinin məsuliyyəti isə hökumətyönlü qüvvələrin üzərinə düşür, hesabatda vurğulanır.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu il ölü və yaralı sayında 13 faiz azalma var.

Bu arada Əfqanıstanda sülh cəhdləri hazırda dayanıb, çünki Kabillə Taliban arasında məhbus mübadiləsi proqramıyla bağlı fikir ayrılığı yaranıb.

Əfqanıstan Milli Təhlükəsizlik Şurasının iyulun 25-də bildirməsinə görə, ötən həftə Taliban 46 dinc sakini öldürüb, 93 nəfəri yaralayıb.

Birləşmiş Ştatlar Talibanla fevralda sülh razılaşması əldə edib. Məqsəd silahlılarla ABŞ-ın dəstəklədiyi Kabil hökuməti arasında danışıqlara yol açmaqdır.

XS
SM
MD
LG