Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:10

ABŞ-da həftəsonu etirazlarında bir nəfər öldürülüb


Los Ancelesdə etiraz zamanı Roxanne (ortada) adlı etirazçı saxlanır, 25 iyul, 2020-ci il
Los Ancelesdə etiraz zamanı Roxanne (ortada) adlı etirazçı saxlanır, 25 iyul, 2020-ci il

Sietl və Portlenddə polis iğtişaşlar baş verdiyini bəyan edib, iyulun 25-də onlarla etirazçını saxlayıb

Həftəsonu Birləşmiş Ştatların bir sıra şəhərlərində etirazlar baş verib. Ölkədə polis qəddarlığı və irqli məsələlərə iki aya yaxındır davam edən iğtişaşlar polislə etirazçılar arasında toqquşmalara çevrilib.

Ölkə boyunca onlarla saxlanan var, bəzi şəhərlərdə polis etirazçıları gözyaşardıcı qazla dağıdıb. Bəzən zorakı xarakter alan etirazlarda əmlaka ziyan dəyib.

Sietl və Portlenddə polis iğtişaşlar baş verdiyini bəyan edib, iyulun 25-də onlarla etirazçını saxlayıb.

Öldürülən, yaralanan var

Texasın Ostin şəhərində silahlı bir etirazçı iyulun 25-də güllələnərək öldürülüb. O, etirazçıların sözlərincə, nümayişçiləri dağıtmağa çalışan maşına yaxınlaşarkən güllələnib.

Koloradoda isə bir nəfərin güllə yarası aldığı xəbər verilir.

Kentukkidə iki rəqib sağ qanad qruplaşması ilə qaradərililərin silahlı qruplaşması arasında iyulun 25-də qarşıdurma yaranıb. Polis qaradərililərin qruplaşmasının təsadüfən açdığı atəşdən üç nəfərin xəsarət aldığını bildirir.

Nyu Yorkda, Nebraska, Kaliforniya və Virciniya ştatlarında da etirazlar keçirilib.

25-26 iyul aksiyaları mayın sonundan irqi ədalətsizliyə qarşı etirazlardan qaynaqlanır. Həmin etirazlar qaradərili George Floyd-un ağdərili polisin əlində ölümündən sonra qızışmışdı.

Prezident Donald Trump hökumət binalarının qorunması məqsədilə bəzi şəhərlərə federal agentlər yerləşdirmək qərarı verib. O, “hüquq və asayiş” kampaniyasının radikal solçuları və anarxistləri hədəfə aldığını bildirir. Son etirazların da həmin qərardan sonra alovlandığı xəbər verilir.

Prezidentin ziddiyyətli qərarı

Portlend davamlı etirazlar məkanına çevrilib, fəallar həftələrlə polis və federal agentlərlə toqquşub. İyulun 26-da səhər polis və federal agentlər elan ediblər ki, fəallar federal məhkəmə binasını əhatələyən hasarı aşmaqla iğtişaş törədiblər.

Hökumət əmlakını qorumaq üçün federal agentlər yerləşdirilib. Məhkəmənin binası etirazların episentrinə çevrilib.

Sietldə polis iyulun 25-də iğtişaş baş verdiyini bəyan edib. Belə ki, 2 mindən artıq etirazçı Portlenddə həmrəylik naminə yığışıb. Bundan öncə Vaşinqton ştatının qubernatoru deyib ki, Trump Sietlə federal agentlər göndərib, “çünki qarşıdurma üçün qaşınır”.

Sietl polisi etirazçıların əmlakı dağıtdığını, polis əməkdaşlarına daş, butulka atdığını bildirib.

Trump-ın əsasən demokratların idarəçiliyində olan ştatlara federal agentlər göndərmək qərarı ziddiyyətli sayılır. Prezident hüquq və asayişi bərpa etmək istədiyini deyir.

Demokratlar isə federal agentlərdən yerli yurisdiksiyalardan çəkilməyi tələb ediblər. Onların fikrincə, prezident federal agentlərdən siyasi məqsədlərlə istifadə edir, etirazçıları gözdən salır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG