Keçid linkləri

Təcili xəbərlər
2020, 10 Avqust, Bazar ertəsi, Bakı vaxtı 20:13

Rusiyanın G7-yə qayıtmasını rədd edirlər


Heiko Maas

Almaniyanın Xarici işlər naziri Heiko Maas Rusiyanın Böyük Yeddilik (G7) qrupuna qayıtmasıyla bağlı təklifi rədd edib. Bundan öncə ABŞ Prezidenti Donald Trump Moskvanın aparıcı iqtisadi ölkələrin qrupuna yenidən qoşulması təklifini səsləndirib.

“Rusiyanın qovulmasına Krımın ilhaqı və Ukraynanın şərqinə müdaxiləsi olub”, – Maas iyulun 27-də Almaniyanın “Rheinische Post” və “Bonner General-Anzeiger” qəzetlərində dərc olunacaq müsahibəsində deyib.

“Orada məsələ həll olunmayınca” Rusiyanın G7-yə qoşulması “şansını görmürəm”, – Maas vurğulayıb.

Trump Rusiyanın G7-yə qaytarılmasını mayda təklif etmişdi. O zaman koronavirus pandemiyası səbəbindən sentyabra gözlənən illik sammitin təxirə salınması planları açıqlandı. Trump deyirdi ki, qrupa dəvətlilər siyahısına Avstraliya, Rusiya, Cənubi Koreya və Hindistanın da salınmasını istəyir.

Qrup üzvü Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra çıxarıldı.

Maas deyib ki, hazırda Rusiyayla münasibət “bir çox dosyelərdə” çətindir.

“Bu qapıların açılmasına Rusiya özü ən böyük töhfəni verə bilər”, – Maas vurğulayıb.

“G7 və G20 iki həssas koordinasiya olunan formatdır. Bizə G11, yaxud G12 lazım deyil”, – o əlavə edib.

G7-də Birləşmiş Ştatlar, Kanada, Almaniya, Yaponiya, Fransa, Britaniya və İtaliya daxildir.

Almaniya hazırda Avropa Birliyinin rotasiyalı prezidentidir, BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür, Liviya, Suriya və Ukraynada münaqişələrin həll olunması danışıqlarına cəlb olunub.

Şərhlər

XS
SM
MD
LG