Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:53

Aya Sofyada 86 ildən sonra ilk dəfə namaz qılınır (Canlı)


İnsanlar Aya Sofyada Cümə namazının başlanmasını gözləyirlər. 24 iyul 2020
İnsanlar Aya Sofyada Cümə namazının başlanmasını gözləyirlər. 24 iyul 2020

+++

İyulun 24-də İstanbuldakı tarixi Aya Sofya məbədində cümə namazı qılınıb. Vaxtilə kilsə kimi tikilmiş, Osmanlı dövründə məscidə çevrilmiş, 86 il muzey kimi fəaliyyət göstərmiş Aya Sofya bu yaxınlarda yenidən məscid elan olunub.

Prezident Recep Tayyip Erdogan və onun islamçı mühafizəkar müttəfiqləri daxil minlərlə insan cümə namazına qatılıblar.

Jurnalistlər ibadət zamanı sosial məsafə qaydalarının gözlənmədiyini bildirirlər.

***

İbadət vaxtı məbədin Bizans dövrü xristian mozaikalarının örtüləcəyi xəbər verilir.

Bizans imperatoru I Yustinian tərəfindən 6-cı əsrdə tikilmiş kilsə 1453-cü ildə İstanbulun Osmanlı tərəfindən fəthi ilə məscidə çevrilib.

1934-cü ildə müasir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürk-ün fərmanıyla muzey elan olunub.

UNESCO-nun Mədəni İrs siyahısında olan Aya Sofya həm xristianlar, həm də müsəlmanlar üçün böyük mədəniyyət abidəsi sayılırdı. 2019-cu ildə məbədi 3,7 milyon nəfər ziyarət etmişdi.

Aya Sofyanı məscidə çevirmək qərarı bu binanı ölkənin dünyəvi konstitusiyasının simvolu kimi görən türkləri məyus edib. Ancaq Türkiyə müxalifətçiləri addımı elə də sərt şəkildə pisləməyib.

Erdogan məbədin turistlərin, bütün inancların təmsilçilərinin üzünə açıq olacağını vəd edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG