Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:33

Cavuşoğlu Lavrovla nədən danışıb


Sergey Lavrov (solda) və Mövlud Çavuşoğlu

İyulun 23-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon söhbəti olub.

“TASS” agentliyi tərəflərin Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasını müzakirə etdiyini xəbər verir.

Agentlik Rusiya Xarici İşlər Nazirliyinə istinadla yazır ki, tərəflər münaqişəyə balanslı yanaşmanın gərəkdiyini, sərhəddə təhlükəsizliyin təminatının, münaqişənin sülh yoluyla həlli yönündə cəhdlərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

“Onlar regionda sabitlik naminə Moskva və Ankaranın əməkdaşlığını inkişaf etdirməyə razılaşıblar”, – məlumatda vurğulanır.

İki nazirin Liviyada vəziyyətin tezliklə normallaşdırılmasını da müzakirə etdiyi xəbər verilir.

“APA” agentliyi Sergey Lavrov-un Rusiyadakı Azərbaycan və Ermənistan icmalarının tanınmış nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər keçirdiyini xəbər verir. Lavrov "Kiyevskaya ploşad" şirkətinin rəhbəri Qod Nisanov və Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanla görüşüb. “Görüşdə Rusiya Federasiyası ərazisində hazırkı qanunvericiliyə müvafiq olaraq millətlərarası sülhün və razılığın dəstəklənməsində Azərbaycan və erməni icmalarının rolu müzakirə olunub”, – məlumatda deyilir.

Türkiyə sərhəd toqquşmalarına görə Ermənistanı ittihamı edib, Azərbaycana dəstəyi davam etdirəcəyini bildirib. Ermənistanın Baş naziri Nikol Pashinian isə iyulun 23-də deyib ki, Ankaranın getdikcə “aqressivləşən” Azərbaycan-pərəst mövqeyi Ermənistanın xarici və təhlükəsizlik siyasətini yenidən nəzərdən keçirməsini zəruri edir. Pashinian detallar açıqlamayıb. Bu məlumatı AzadlıqRadiosu-nun Ermənistan xidməti yayıb.

Xatırlatma

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Son günlər Azərbaycan tərəfi bu döyüşlərdə biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb.

Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir

Multimedia

XS
SM
MD
LG