Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:39

347 yeni yoluxma, 6 ölüm


Bakıda sosial məsafə gözləməyənlər kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

Bakıda sosial məsafə gözləməyənlər kimlərdir?

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 347 yeni yoluxma faktı qeydə alınıb, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, iyulun 23-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 6 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 28980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 20974 nəfər müalicə olunaraq sağalıb, 391 nəfər vəfat edib, 7615 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir".

Qərargahın vurğulamasına görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 8 min 829, ötən müddət ərzində isə ümumilikdə 658 min 782 test aparılıb.

Səhiyyə Nazirliyi bildirib ki, 12 mindən də çox insan bu virusla bağlı əlavə evdə müalicə alır və ya karantində saxlanır.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 15 milyon 205 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 631 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG