Keçid linkləri

Təcili xəbərlər
2020, 15 Avqust, şənbə, Bakı vaxtı 14:13

Yoluxma nədən yenidən artıb?


Həkim: 'Kütləvi aksiyalar koronavirusa yoluxanların sayını artıra bilər'
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

Həkim: 'Kütləvi aksiyalar koronavirusa yoluxanların sayını artıra bilər'

İyulun 22-də Azərbaycanda koronavirus infeksiyasına yoluxmada yenidən artım müşahidə edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasına görə, son gündə 391 yeni yoluxma faktı qeydə alınıb. Halbuki, iyulun 21-də ölkədə 352 yoluxma qeydə alındığı açıqlanmışdı. Üstəlik, azalma son günlər 500-lərin üstündən başlamışdı.

Ölkədə martın 24-dən karantin rejimidir. Aprel ayında yoluxmada azalma müşahidə edildiyindən karantin rejiminin mərhələli şəkildə yumşaldılması baş verdi. Amma yoluxmada təkrar artım müşahidə edildiyindən Bakı və ölkənin bir sıra yerlərində karantin sərtləşdirildi. Faktiki iyunun 21-dən Bakı və bəzi yerlərdə sərt rejim davam edir. Elə isə son gündə yoluxmanın təkrar artmasını nəylə izah etmək ola?

"Müvəqqəti haldır, həyəcana da səbəb olmamalıdır"

Doktor Zülfüqar Yusifov "Turan" agentliyinə deyib ki, vursa yoluxma ilə bağlı son vaxtlar rəsmi rəqəmlərdə enmələr var idi. Onun vurğulamasına görə, nəzərə almaq lazımdır ki, səhiyyə sistemindən kənarda, həkimlərlə danışaraq müalicə alan çoxsaylı insanlar da var.

Bakıda sosial məsafə gözləməyənlər kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

Z.Yusifovun fikrincə, bu artım müvəqqəti haldır, həyəcana da səbəb olmamalıdır:

"Tibb adamları davamlı olaraq sıx təmas yaşandığı 14 iyul aksiyasında (Bakıda iyulun 14-də orduya dəstək aksiyası keçirilib-red.) yoluxmaların ola bilməsini vurğulayırlar, bunun da statistik rəqəmlərə təsirini düşünmək olar. Bu ehtimal da var ki, bu halın təsirsiz ötüşməyəcəyi aydındır. Amma bu da var ki, yoluxma dinamikası get-gedə enəcək".

"14 iyul aksiyasının da təsiri olacaq"

Doktor Vasif İsmayıl da AzadlıqRadiosuna deyib ki, yoluxmadakı nisbi artım müvəqqəti xarakterlidir və belə dalğalanmaların olması mümkündür. V.İsmayıla görə, bu yoluxmanın müxtəlif səbəbləri ola bilər: "14 iyul aksiyasında yaşanmış sıx təmasın da, əlbəttə, təsiri olacaq".

Amma V.İsmayıl vurğulayıb ki, sağalmanın yoluxmanı üstələməsi artıq tendensiyaya dönür. Onun fikrincə, burada əsas məsələ aktiv xəstə sayının azalmasıdır: "Əsas rəqəm odur. Aktiv xəstə sayı azaldıqda buna artıq sağalma trendi kimi baxmaq olar".

C.İsayev
C.İsayev

"Ciddi yoluxma artımı gözlənilmir"

Ölkənin baş infeksionisti Cəlal İsayev də "Turan" agentliyinə söyləyib ki, bu, orduya dəstək aksiyasındakı yaşanmış sıx təmasla da əlaqəli ola bilər:

"Həmin aksiyadan artıq 8 gün keçir. Bu virusun gizli inkubasiya dövrüdür. Odur ki, biz belə artımın ola biləcəyini təxmin etmişdik. İndiki artım da çox güman ki, onunla bağlıdır".

C.İsayev bununla belə əlavə edib ki, sağalma halları yoluxma hallarını 100 rəqəmi fərqi ilə üstələyir, bu isə müsbət dinamikadır: "Hesab edirəm ki, bu nisbi yoluxma artımı müvəqqəti haldır, insanlar karantin davranışı qaydalarına əməl edirlər. Ciddi karantin rejimi davam etdiyinə görə virusa ciddi yoluxma artımı da gözlənilmir".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 15 milyon 396 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 630 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

İndiyədək Azərbaycanda isə ümumilikdə 28 min 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 20 min 443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib.

Üstəlik, Səhiyyə Nazirliyi bildirib ki, əlavə 12 mindən də çox insan bu virusla bağlı evdə ayrıca müalicə alır və ya karantində saxlanır.

XS
SM
MD
LG