Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:11

Ağdamın işğalının 27-ci ili


Azərbaycanın Ağdam şəhəri, Ermənistanın işğalından sonra, arxiv foto

Bu gün, iyulun 23-ü Azərbaycanın Ağdam rayonunu Ermənistan Silahlı Qüvvələrinin işğal etməsinin 27 ili tamam olur. Ağdamın müdafiəsində ümumilikdə 5 mindən çox insanın həlak olduğu bildirilir. Hazırda rayonun Ağdam şəhəri də daxil olmaqla, 80 faizə yaxını işğal altındadır.

Ağdam şəhərinin işğalından sonra rayon mərkəzi Quzanlı qəsəbəsinə köçürülüb. Bu qəsəbə işğal edilməyib. İşğal olunmuş ərazilərdə tarixi abidələr, yaşayış obyektləri, xəstəxanalar, kitabxanalar, məktəblər, idarə və müəssisələr dağıdılıb .

Ağdam şəhəri işğaldan əvvəl
Ağdam şəhəri işğaldan əvvəl

Ağdamın işğalından bir ay öncə-iyunun 4-də Gəncədə polkovnik Sürət Hüseynovun rəhbərliyi altında hərbi hissə hökumətə itaətsizliyini bildirmişdi. O, prezident, spiker və baş nazirin istefasını tələb edirdi. Bundan iki həftə sonra da president Əbülfəz Elçibəy Bakını tərk edərək doğulduğu Kələki kəndinə getmişdi.

İyunun 15-i prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev də Azərbaycan parlamentinin rəhbəri seçilmişdi.

İyunun 24-də isə parlamentin qərarı ilə prezidentlik səlahiyyəti H.Əliyevə verilmişdi. Daha sonra avqustun 29-da prezident Ə.Elçibəyə etimadla bağlı referendum da keçirildi. Referendumun rəsmi nəticəsinə görə, çoxluq ona etimadsızlığını ifadə etmişdi.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Multimedia

XS
SM
MD
LG