Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 07:27

Ukrayna bir sıra ölkələr üçün viza tələblərini ləğv edir


Sevastopol, arxiv fotosu

Ukrayna bildirir ki, Avstraliya, Yeni Zelandiya, Bəhreyn, Küveyt, Oman və Səudiyyə Ərəbistanı vətəndaşları üçün viza tələblərini ləğv edib.

Avqustun 1-dən bu ölkələrdən turistlərin səfəri 90 günü aşmırsa, Ukraynaya getməkdən ötrü viza almaq tələb olunmayacaq.

Prezident Volodymyr Zelenskiy sərəncamı iyulun 21-də imzalayıb.

Zelenskiy ötən ay deyirdi ki, Ukrayna Çin daxil olmaqla bir neçə ölkədən ziyarətçilər üçün vizanı ləğv etməyi nəzərdən keçirir və məqsəd koronavirus qadağaları yumşaldılandan sonra daha çox turist cəlb etməkdir.

Ukrayna ötən il Çin və Avstraliya daxil 52 ölkə vətəndaşları üçün elektron vizalar təqdim edib.

Keçmiş sovet respublikaları, Birləşmiş Ştatlar, Kanada, Avropa Birliyi və Cənubi Amerikadan bir neçə ölkənin vətəndaşları Ukraynaya 90 günü aşmamaq şərtilə vizasız gedə bilərlər.

Beş keçmiş sovet respublikası – Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna vətəndaşları isə Ukraynada vizasız istədikləri qədər qala bilərlər.

Multimedia

XS
SM
MD
LG