Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:15

Ukraynada girov götürülən avtobus azad olunub


Girov götürülmüş avtobus
Girov götürülmüş avtobus

Pəncərələrində güllə izləri olan avtobus iyulun 21-də günorta 12-də şəhərin mərkəzi meydanı yaxınlığında saxlayıb

Ukrayna qüvvələri Lutsk şəhərində 13 sərnişinlə birlikdə girov götürülmüş avtobusu azad ediblər. İnsident 12 saat çəkib. Ölən olmayıb.

Avtobusu girov götürmüş 44 yaşlı Lutsk sakini Maksym Kryvosh həbs olunub. O, polislə söhbətində “sistem” əleyhinə danışıb, ölkənin oliqarxları və məmurlarını “terrorçular” adlandırıb.

Ukrayna Prezidenti Volodymyr Zelenskiy internetə qısa video yerləşdirib, əhaliyə ona baxmağı tövsiyə edib. Yerli medianın yazmasına görə, Kryvosh girov əməliyyatı haqda xəbərləri smartfonundan izləyirmiş.

***

Ukraynanın şimal-qərbindəki Lutsk şəhərində odlu silah və partlayıcılarla silahlanmış şəxs sərnişin dolu avtobusu girov götürüb.

Pəncərələrində güllə izləri olan avtobus iyulun 21-də günorta 12-də şəhərin mərkəzi meydanı yaxınlığında saxlayıb. Silahlının və girovların avtobusun içində olduğu xəbər verilir. Sərnişinlər arasında itki olub-olmadığı bəlli deyil.

Yerli polisin sözçüsü Olha Buzuluk silahlının 20-dək sərnişini girov götürdüyünü, hüquq-mühafizə əməkdaşlarının hadisə yerinə getdiyini bildirib.

Dövlət Təhlükəsizlik Xidməti (SBU) isə girov sayının 10 nəfər olduğunu deyib.

Region polisinin başçısı Yuriy Kroshko-nun sözlərinə görə, SBU-nun antiterror mərkəzi əməliyyatda iştirak edir.

Kroshko həmin şəxsin avtobusa atəş açdığını, üstündə partlayıcı olduğunu söyləyib.

Polis silahlı ilə telefonla danışır, amma onun tələbləri bəlli deyil.

Xüsusi polis və təhlükəsizlik qüvvələri mərkəzi meydanı mühasirəyə alıb, sakinləri yaxınlıqdan keçməməyə çağırıblar.

***

Artıq bir neçə saatdır insident davam edir, silahlı şəxsin ərazini ara-sıra güllə atəşinə tutduğu xəbər verilir.

Yuriy Kroshko-nun sözlərinə görə, həmin şəxs telefonla polisə deyib ki, silahlıdır, üstündə xeyli partlayıcı var. O, şəhərin başqa bir yerinə bomba qoyduğunu, onu məsafədən partlada biləcəyini iddia edib.

Daxili işlər nazirinin müavini Anton Herashchenko deyib ki, girovgötürən hakim orqanlara özünü Maksym Plokhoi (Pis Max) kimi təqdim edib. Onun tələbləri bəlli deyil, ancaq polisə deyib ki, insidentin arxasında “Ukraynadakı mövcud vəziyyət” dayanır.

Yerli media isə onun qərbi Dubno şəhərindən kriminal tarixçəli Maksym Kryvosh olduğunu, bir dəfə psixiatrik klinikada müalicə aldığını yazıb.

Buzuluk Daxili işlər naziri Arsen Avakov-un insident yerinə gedərək əməliyyata başçılıq etdiyini söyləyib.

Rusiya 2014-cü ilin martında Krım vilayətini tutandan Ukraynada qarışıqlıqdı. Moskva Ukraynanın şərqindəki separatçıları da dəstəkləyir. 2014-cü ilin aprelindən burada gedən münaqişədə 13 min 200 adam öldürülüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG