Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:54

ABŞ Gürcüstandan niyə narahatdır – Qərb mediası


Gürcüstanın Abxaziya ilə inzibati sərhədi
Gürcüstanın Abxaziya ilə inzibati sərhədi

Rusiya 2019-cu ildə Cənubi Osetiya və Abxaziya separatçı regionlarının dövlət büdcələrinin maliyyələşməsinə 275 milyon dollar ayırıb

Rusiya Gürcüstanın separatçı regionlarında donmuş münaqişələrdən bu ölkənin sabitliyini pozmaq niyyətilə istifadə edir, Avropa icmasına qoşulmasını əngəlləyir. Bu haqda Dövlət Departamentinin yaydığı hesabatda söz açılır. “Foreign Policy” dərgisi hesabatı əldə edib.

“Həssas, ancaq qeyri-məxfi” illik hesabat mayda Konqresə göndərilib. Departamentin açıq mənbələrə istinadla bildirməsinə görə, Rusiya 2019-cu ildə Cənubi Osetiya və Abxaziya separatçı regionlarının dövlət büdcələrinin maliyyələşməsinə 275 milyon dollar ayırıb. Bu iki region Gürcüstan ərazisinin beşdə birini təşkil edir və 2018-ci ilin beşgünlük avqust müharibəsi nəticəsində Rusiya qüvvələri tərəfindən işğal olunub.

“Rusiya 2008-ci ilin atəşkəs razılaşmasına əməl etməyib, qüvvələrini münaqişədən qabaqkı mövqelərə çəkməyib, işğal etdiyi regionlarda humanitar təşkilatların azad işləməsinə imkan verməyib”, – hesabatda vurğulanır.

ABŞ Prezidenti Donald Trump Rusiyanı G-7 sammitinə yenidən dəvət etməyi təklif edib, Almaniyadakı ABŞ əsgərlərinin sayını isə azaltmağı planlaşdırır. Bütün bunlar Trump-ın müttəfiqlərini, o cümlədən Almaniya Kansleri Angela Merkeli qəzəbləndirib. Kapitolidə bəziləri isə narahatdır ki, noyabr seçkisi öncəsi Vaşinqton tərəfdən sərt siyasət görməyən Rusiyanın qol-qanadı açılır.

Rusiyaya nəhəng fürsət

Senatın Xarici Əlaqələr Komitəsinin üzvü, demokrat senator Chris Murphy “Foreign Policy”yə deyib ki, Trump-ın Almaniya kimi müttəfiqləri ilə söz savaşı “Rusiyanı sevindirir və onlara nəhəng fürsət verir”.

“Rusiya bilir ki, saatin əqrəbi dayanmayıb. Trump administrasiyasının ömrünə, ola bilsin, altı ay qalır. Onlar bu müddətdən istifadə edərək öz maraqlarını irəlilətmək, daha çox qazanc əldə etməyə çalışırlar”, – senator söyləyib.

Dövlət Departamenti qeyd edib ki, son illər Rusiya sabitsizlik yaratmağı hədəfləyən səylərini təkcə Ukraynaya və kiberhücumlara yönəltməyib, Gürcüstana zərbə vurmağı da davam etdirir. Separatçı regionlarla Gürcüstan arasında hasarlar çəkilir, müşahidə qüllələri, kameralar quraşdırır. Məqsəd isə sabitsizlik yaratmaq, Abxaziya və Cənubi Osetiyanı Gürcüstandan daha çox ayırmaqdır, hesabatda vurğulanır.

Abxaziyada beynəlxalq səyahətçilər üçün yeni qaydalara görə, ABŞ personalı bu əraziyə gedə bilməz, üstəlik, yardım təşkilatlarının çıxışı da məhdudlaşdırılıb.

Gürcüstan Prezidenti Salome Zurabishvili bir müddət öncə “The Financial Times” qəzetinə müsahibəsində deyirdi ki, Rusiyanın koronavirusu və iqtisadi böhran önləmək cəhdləri üstəgəl neftin kəskin ucuzlaşması Kremli ölkə sərhədləri xaricində yeni təcavüzə sövq edə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG