Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Rohani 25 milyon iranlının koronavirusa yoluxa biləcəyini deyir


Tehrandakı İmam Xomeyni aeroportu, 17 iyul, 2020-ci il
Tehrandakı İmam Xomeyni aeroportu, 17 iyul, 2020-ci il

İran Prezidenti Hassan Rohani ölkədə koronavirus pandemiyası başlanandan 25 milyonadək iranlının bu virusa yoluxa biləcəyini desə də səhiyyə rəsmiləri bunu təkzib etməyə çalışıblar.

İranda 81 milyona yaxın əhali yaşayır. Rohani iyulun 18-də Səhiyyə Nazirliyinin yeni araşdırmasına istinad edib.

“Bizim dəyərləndirməmizə görə, virusa 25 milyon iranlı yoluxmuş ola bilər, 14 minədək xəstə isə vəfat edib”, – Rohani söyləyib.

İyulun 19-da İran mediası Səhiyyə Nazirliyinin bəyanatı yayıb. Bəyanatda deyilir ki, prezidentin söylədiyi rəqəm nazirlikdə bir müavinin verdiyi göstəricilərə əsaslanıb.

“Seroloji testlərə etibar etmək mümkün deyil”

Bəyanata görə, sözügedən dəyərləndirmə xəstəliyə yoluxmanı aşkarlayan seroloji qan testlərinə əsaslanır.

“Hazırda xəstəliyin durumunu müəyyənləşdirmək üçün seroloji testlərə etibar etmək mümkün deyil”, – bəyanatda vurğulanır.

Seroloji testlər bədəndəki anticismlər vasitəsilə fərdin xəstəliyi keçirdiyini müəyyənləşdirir.

Ölkələr bu testlər vasitəsilə əhalinin ümumi yoluxma göstəricisini müəyyənləşdirirlər, yəni COVID-19 simptomlarını ağır, orta keçirənləri və heç hiss etməyənləri.

İran pandemiyanın ağır zərbə vurduğu ölkələrdəndir. Aprelin ortasından qadağalar yumşaldılandan yoluxma və ölü göstəriciləri kəskin artmağa başlayıb.

İyulun 19-dək ölkədə 274 minə yaxın yoluxma təsdiqlənib, 14 mindən çox xəstə vəfat edib.

Iyulun 18-də hakimiyyət paytaxt Tehranda bir həftəlik qadağalar tətbiq edib. Dini və mədəni tədbirlər yasaqlanıb, kafelər, qapalı hovuzlar, əyləncə parkları və zooparklar bağlanıb.

Bu arada Türkiyə İrana uçuşları dayandırıb. Bunu İran Mülki Aviasiya Təşkilatının sözçüsü Reza Jafarzadeh iyulun 19-da rəsmi IRNA xəbər agentliyinə deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG