Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:58

Senatorlar isə Azərbaycanı ittiham edirlər


Dondar Quşçu

ABŞ senatorları Bob MenendezCory Booker isə bəyanatlarında sərhəddə baş verən zorakılığa görə Azərbaycanı ittiham ediblər.

“Azərbaycan Türkiyənin dəstəyilə ATƏT-in Minsk qrupunun apardığı dinc danışıqlar prosesindənsə zorakılıq yolunu seçib. Biz atışmanı dayandırmağa, dərhal sülh danışıqlarını bərpa etməyə çağırırıq”, – bəyanatda vurğulanır.

Senatorlar Azərbaycan hökumətinə hərbi yardım məsələsini qaldırır, “ABŞ-ın həmsədrlik etdiyi sülh prosesinə sayqısızlıq göstərən rejimə 120 milyonluq təhlükəsizlik yardımının absurd olduğunu” vurğulayırlar. Bəyanat müəllifləri Trump administrasiyasını bu yardımı dərhal dayandırmağa, Azadlığa Dəstək Aktına 907-ci Düzəlişə tam sayqı göstərməyə çağırırlar.

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə il öncə Bob Menendeziqatı antiazərbaycan, islamafob, ermənipərəst bir adamadlandırmışdı.

Xatırlatma

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb.

Prezident İlham Əliyev baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Ermənistan tərəf də Azərbaycanı ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.

Münaqişə böyüyərək müharibəyə çevrilib. 1994-cü ildə onlar arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Son toqquşmalarla əlaqədar bir sıra beynəlxalq qurumlar – ATƏT, Avropa Birliyi, ABŞ Dövlət Departamenti tərəfləri atəşkəs rejiminə qayıtmağa, danışıqları bərpa etməyə çağırıb.

Multimedia

XS
SM
MD
LG