Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 08:48

Bryza: “Pashinian sonradan 180 dərəcə dəyişdi”


Matthew Bryza
Matthew Bryza

“Vəziyyət gərgindir, ancaq heç bir tərəf irimiqyaslı münaqişə istəmir, çünki heç bir tərəf buna uzun müddət duruş gətirə bilməz"

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Matthew Bryza deyir ki, Azərbaycanla Ermənistan müharibəyə çox da yaxınlaşmayıb. Keçmiş səfir Türkiyənin Bodrum şəhərindən “TRT World” telekanalına Skype müsahibəsində bu haqda danışıb.

İyulun 12-dən Tovuz rayonu istiqamətində başlanmış toqquşmalarda ümumilikdə 17 nəfər həlak olub, biri azərbaycanlı dinc sakindir.

Zatulin-in bəyanatı

“Vəziyyət gərgindir, ancaq heç bir tərəf irimiqyaslı münaqişə istəmir, çünki heç bir tərəf buna uzun müddət duruş gətirə bilməz. COVID-19 pandemiyası səbəbindən daxili siyasi durum sabit deyil, virus Ermənistana ağır zərbə vurub, Azərbaycanda ikinci dalğa başlanıb. Bundan başqa, məncə, vasitəçi tərəflər münaqişə tərəflərini danışıqlar masasına qaytarmaq üçün hər şey etmək istəyirlər”, – Bryza deyib.

Qeyd edək ki, hələlik, dünyanın heç bir ölkəsində koronavirusun ikinci dalğasının başlanmadığı, mövcud yoluxmaların hələ birinci dalğa olduğu bildirilir.

Keçmiş səfir bir məqama diqqət çəkir. O deyir ki, sərhəd toqquşmaları başlanmazdan altı gün öncə Rusiya parlamentinin aşağı palatasının – Dövlət Dumasının çox nüfuzlu üzvü Konstantin Zatulin (o, MDB üzrə komitənin sədridir) qəribə bir xəbərdarlıq səsləndirib. “O deyib ki, Ermənistan Rusiyanın müttəfiqidir və hər hansı ölkə ona hücum edərsə, Rusiya hərbi güclə buna müdaxilə edəcək, Ermənistan daxilindəki hərbi bazasındakı qüvvələrindən istifadə edəcək. Yəni, bu hadisələrin arxasında Moskvada baş verən qəribə nələrsə dayanır”, – Bryza vurğulayıb.

“Bu, Moskvanın böyük təzyiqi altında baş verir”

Keçmiş səfir Ermənistanın Baş naziri Nikol Pashinian-ın bir il öncə tamamilə fərqli danışdığını yada salır: “O deyirdi ki, tərəqqi əldə edə bilərlər, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə gərginliyi azaltmaqla bağlı tədbirləri razılaşdırıblar, əhalini sülhə hazırlamalıdırlar. Sonra o, 180 dərəcə dəyişdi və fikrimcə, bu, Moskvanın böyük təzyiqi altında baş verir”.

Matthew Bryza 2010-2011-ci illərdə Azərbaycanda səfir olub.

Azərbaycan və Ermənistan son toqquşmalara görə bir-birini ittiham edir, qarşı tərəfin provokasiyaya birinci başladığını deyir.

Bəzi təhlilçilər də son günlər bu toqquşmalarda Rusiya amilindən danışmağa başlayıblar. Onlar əməliyyatların Dağlıq Qarabağda deyil, Azərbaycan üçün əhəmiyyətli Cənubi Qafqaz kəmərinə yaxın Tovuz rayonunda başlamasına diqqət çəkirlər. Bu kəmərlə Türkiyənin TANAP kəmərinə qaz vurulur. Təhlilçilər Rusiya və Türkiyə münasibətlərinin son vaxtlar soyuduğunu, Moskvanın Ankaraya qaz mənbələrini şaxələndirməmək üçün təzyiq göstərdiyini deyirlər.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG