Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 04:28

Boeing 747 təyyarələri istismardan çıxarılır


British Airways-ə məxsus Boeing 747
British Airways-ə məxsus Boeing 747

Britaniya şirkəti bu iri laynerlərin ən böyük operatorudur, flotunda 31 ədəd Boeing 747 var

British Airways (BA) şirkəti Boeing 747 təyyarələrinin hamısını istismardan çıxarır. Bu, yeni koronavirus pandemiyasının hava səyahətlərinə kəskin təsir göstərdiyi bir dönəmə təsadüf edir.

Britaniya şirkəti bu iri laynerlərin ən böyük operatorudur, flotunda 31 ədəd Boeing 747 var.

“Göylərin Kraliçası” ləqəbli 747 50 ildən çoxdur dünyada asanlıqla qəbul olunmuş reaktiv sərnişin təyyarəsidir. Ancaq ilin əvvəlində pandemiya başlanmazdan öncə sonunun yaxınlaşdığı hiss olunurdu.

747-nin qara günləri

BA 2024-cü ildən bu təyyarələrin hamısını istismardan çıxarmağı planlaşdırırdı. Ancaq pandemiya sərnişin sayını kəskin azaltdığından, hava nəqliyyatı sənayesinin hələ bir neçə il özünə gələ bilməyəcəyi haqda proqnozlardan sonra şirkət bəyan etdi ki, daha 747-lər kommersiya istifadəsinə yaramayacaq.

“747 təyyarələrinin hamısının istifadəsini dərhal dayandırmağı təklif etdiyimizi böyük kədərlə təsdiqləyirik”, – BA iyulun 16-da bəyanatında deyib.

“Bu təyyarələr bizim ürəyimizdə xüsusi yerini saxlayacaq, ancaq gələcəkdə yeni A350-lər, 787-lər kimi müasir və yanacağı səmərəli işlədən təyyarələrlə uçuşları həyata keçirəcəyik”, – BA vurğulayıb.

747 təyyarəsi 1970-ci illərdə qlobal hava səyahətini xeyli əlçatan edib. Ancaq sonradan ikimühərrikli müasir təyyarələrdən geri qalmağa başlayıb. İndi yeni nəsil təyyarələr yanacağı daha effektiv işlədir, 747-ni saxlamaq və işlətmək isə bahalanır.

British Airways pandemiyadan dolayı ayaqda qalmağa çalışdığını bildirir. İlin böyük bir hissəsi dünyada hava səyahətlərinə qadağalar qoyulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG