Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:14

Saxlanan reportyorlardan xəbər var


'İqtidar yürüşdən öz mövqeyini gücləndirmək üçün yararlana bilmədi'
Gözlə

No media source currently available

0:00 0:05:54 0:00

'Iqtidar yürüşdən öz mövqeyini gücləndirmək üçün yararlana bilmədi'

İyulun 14-də gecə saatlarında Milli Məclisin qarşısında hadisələrin foto və video çəkilişini apararkən saxlanan reportyorlar Anar Abdullayev və Firudin Səlimovun (Firi Səlim) qaldıqları şəraitdən narazı olduqları bildirilir.

Bunu AzadlıqRadiosuna onların yaxınları deyib. Verilən məlumata görə, A.Abdullayev və F.Səlimov Binəqədi rayon 4 saylı polis bölməsində balaca otaqda digər üç nəfər ilə birlikdə saxlanılırlar: "Bildiyimizə görə, balaca otaqda beş nəfərdirlər. Yatmaq üçün şərait yoxdur. Gecə stulları birləşdirib yatıblar. Otaq ayaqyolunun yanındadır deyə, orada pis iy var. Həmçinin, orada daim siqaret çəkilir, havasızlıqdır. Belə şəraitdə yemək yemək mümkün deyil…".

Onların deməsinə görə, saxlananların yemək təminatı da yaxşı deyil.

Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri Rəşid Rumzadə isə "Turan"a bildirib ki, bu məsələ ilə bağlı qurumun qaynar xəttinə məlumat daxil olub:

"Yaxınları qaynar xəttə zəng vuraraq məlumat verdilər"

"Şəxslərin yaxınları qaynar xəttə zəng vuraraq məlumat verdilər. Biz də lazımi tədbirləri görürük. Vəkillə görüş məsələsi həll olundu. Yeməklə bağlı müraciəti biz araşdırırıq. Hər halda, orada yemək və su ilə bağlı problem ola bilməz. Şəxslərin saxlanma şəraiti və ya vəkillə görüş ilə bağlı hər hansı problem olarsa, yaxınları bizim qaynar xəttə bu barədə məlumat verə bilər, biz kömək etməyə hazırıq".

Bakı Şəhər Baş Polis İdarəsindən isə deyilənlərin araşdırılacağı bildirilib.

Xatırlatma

İyulun 14-də Bakı şəhərində orduya dəstək yürüş və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxardaraq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərin yaydığı məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Amma rəsmi qurumlar bu hadisələr zamanı konkret nə qədər şəxsin saxlandığını açıqlamayıblar.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Son günlər Azərbaycan tərəfi biri general olmaqla, 11 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb

Ermənistan tərəfi də bəzi hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Multimedia

XS
SM
MD
LG