Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:19

ABŞ hökuməti əcnəbi tələbələrlə bağlı qərarını dəyişir


Harvard Kolleci, arxiv fotosu
Harvard Kolleci, arxiv fotosu

Nüfuzlu Harvard və MIT, bir sıra digər tədris ocaqlarının dəstəyilə ABŞ İmmiqrasiya və Gömrük İdarəsinin iyulun 6-da yaydığı qaydalara qarşı çıxırdı

Birləşmiş Ştatlar hökuməti koronavirus pandemiyası ilə əlaqədar payızda onlayn dərs keçiləcək beynəlxalq tələbələrə viza verməmək planından əl çəkib.

Nüfuzlu Harvard və MIT, bir sıra digər tədris ocaqları, müəllimlər birlikləri, azı 18 ştatın dəstəyilə ABŞ İmmiqrasiya və Gömrük İdarəsinin iyulun 6-da yaydığı qaydalara qarşı çıxırdı. Bu qaydalar ABŞ-dakı yüzminlərlə əcnəbi tələbəyə təsir göstərəcəkdi.

“Hökumət qərarını ləğv etməyə, status kvoya qayıtmağa razılaşıb”, – Hakim Allison Burroughs iyulun 14-də qısa dinləmədə söyləyib.

Bir milyondan çox tələbə

İlkin qərarda deyilirdi ki, pandemiya səbəbindən onlayn dərs formatına keçən təhsil ocaqlarının əcnəbi tələbələrinə viza verilməyəcək. Bundan yayınmaq üçün onlar dərslərin azı bir qismi birbaşa keçilən kolleclərə transfer olunmalıydılar.

Kollec və universitetlər bu addımı kəskin tənqid edirdilər. Çünki çoxu hələ payızda dərslərin necə davam etdiriləcəyini qərarlaşdırmayıb. İlin əvvəlində pandemiya başlanandan bir çox təhsil ocaqları qapılarına bağlayaraq onlayn dərs formatına keçiblər.

COVID-19 böhranından dolayı immiqrasiya orqanları əcnəbi tələbələrə yaz və yay semestri üçün müvəqqəti möhlət vermişdilər.

Bir çox kollec və universitetlər payızla bağlı planlarını hələlik açıqlamayıblar. Bəziləri dərsləri yalnız onlayn formatda keçir, bəziləri hybrid model planlaşdırır.

ABŞ-ın kollec və universitetlərində bir milyondan çox əcnəbi tələbə təhsil alır. Bir çox təhsil ocaqları təhsil haqqını tam ödəyən əcnəbi tələbələrdən gələn gəlirdən asılıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG