Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 14:39

İnsan haqları fəalı həbsdə COVID-19 simptomlarından danışır


Narges Mohammadi
Narges Mohammadi

İyulun 13-də internetdə yayılmış məktubunda Mohammadi yazır ki, özünün və Zəncan həbsxanasındakı 11 kamera yoldaşının koronavirusa yoluxmasından şübhələnirlər

İranda həbsdə olan insan haqları fəalı Narges Mohammadi COVID-19 xəstəliyinə oxşar simptomlardan əziyyət çəkdiyini deyir. Onun sözlərinə görə, öskürəyi, halsızlığı, ishalı var, iybilmə qabiliyyətini itirib, ancaq hakim orqanlar hələ də onun testinin nəticəsini açıqlamayıblar.

İyulun 13-də internetdə yayılmış məktubunda Mohammadi yazır ki, özünün və Zəncan həbsxanasındakı 11 kamera yoldaşının koronavirusa yoluxmasından şübhələnirlər.

Dərman, adekvat yemək verilmir

Mohammadi İranda İnsan Haqları Müdafiəçiləri Mərkəzinin sözçüsü idi. Mərkəzi Nobel Sülh Mükafatı laureatı Shirin Ebadi təsis edib.

Mohammadi deyib ki, həbsxanada koronavirusun “əlamətləri” iki həftə qabaq görünməyə başlayıb.

İnsan haqları fəalı hökumətə qarşı təbliğatda təqsirli bilinərək 16 il həbs cəzasına məhkum edilib. O, İranın Səhiyyə Nazirliyini vəziyyəti araşdırmaq üçün Zəncan həbsxanasına nümayəndə göndərməyə çağırıb.

Mohammadi-nin sözlərinə görə, o və kamera yoldaşları özlərini xəstə hiss etsələr də, onlara dərman, adekvat yemək verilmir.

Onun qohumları ötən aylarda deyirdilər ki, tibbi xidmətə çıxışı yoxdur, Fransada yaşayan övladları ilə telefonla danışmasına icazə verilmir.

“Təki özü olmasın”

“Təəssüf ki, ədliyyə ona dərs vermək, mövqe bildirməməyə məcbur etmək istəyir. Təki özü olmasın. Narges Mohammadi mövqe bildirdiyi üçün bütün təməl hüquqlarından imtina olunur”, – həyat yoldaşı Taghi Rahmani ötən həftə Nyu Yorkda mənzillənən İranda İnsan Haqları Mərkəzinə deyib.

Mohammadi indiyədək bir neçə nüfuzlu mükafata layiq görülüb. İnsan haqları uğrunda mübarizəsinə görə 2018-ci ildə Amerika Fizika Cəmiyyətinin Andrei Sakharov Mükafatını alıb.

İran hazırda 13 mindən çox vətəndaşın həyatına son qoymuş, 260 minədək yoluxmaya səbəb olmuş koronovirus pandemiyası ilə mübarizə aparır.

Ancaq real rəqəmlərin daha yüksək olduğu düşünülür.

Qadağalar yumşaldılandan sonra ölkədə yoluxma və ölü sayı artıb.

Martda ədliyyə orqanları onminlərlə məhbusun buraxıldığını bildirib. Məqsəd həddən artıq sıxlıq olan həbsxanalarda pandemiyanın yayılmasını önləmək idi.

XS
SM
MD
LG