Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 10:02

Tehran şübhəli MKİ agentinin edam olunduğunu deyir


Gholam Hossein Esmaili

Ədliyyənin sözçüsü deyib ki, Reza Asgari nazirlikdə çalışdığı son illər ərzində MKİ ilə əlaqə yaradıb, İranın raket proqramı haqda informasiyanı idarəyə ötürüb.

İran ədliyyəsi bildirir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) informasiya satmaqda təqsirli bilinən, müdafiə nazirliyinin keçmiş işçisi edam olunub.

Ədliyyənin sözçüsü Gholamhossein Esmaili-nin iyulun 14-də verdiyi məlumata görə, Reza Asgari nazirlikdə çalışdığı son illər ərzində MKİ ilə əlaqə yaradıb, İranın raket proqramı haqda informasiyanı idarəyə ötürüb.

Asgari-nin ötən həftə edam olunduğu bildirilir. O, müdafiə nazirliyinin aerokosmik şöbəsində işləyib, dörd il qabaq təqaüdə çıxıb.

Esmaili onu da deyib ki, ABŞ və İsrail üçün casusluqda ittiham olunan Mahmud Musavi-Majd-ın ölüm cəzası hələ icra olunmayıb.

İran hakimiyyətinin bildirməsinə görə, Musavi-Majd general Qassem Soleimani-nin yeri barədə informasiya ötürüb. General yanvarda ABŞ-ın İraqa raket zərbəsində öldürülüb.

Musavi-Majd-ın ölüm cəzası ötən ay qüvvədə saxlanıb və “tezliklə” icra olunacaq.

XS
SM
MD
LG