Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:26

Suriyada ikinci inqilab? – Qərb mediası


Deraada üsyançılar və dinc sakinlər Hamaya çatıb, iyul, 2018-ci il
Deraada üsyançılar və dinc sakinlər Hamaya çatıb, iyul, 2018-ci il

“The Guardian” qəzeti suriyalıların yenidən etirazlara çıxamasından, ancaq prosesin Rusiyanın nəzarətində olmasından yazır.

Keçmiş üsyançı komandir Ahmed al-Awda indi Prezident Bashar al-Assad-ın rusiyalı müttəfiqlərindən pul alır, qəzet yazır.

“Döyüş təzə başlayıb”

O, kiminçünsə satqındır, doğma Deraa vilayəti iki il qabaq rejimə təslim olanda hakimiyyətlə razılaşmaya getdi. Kiminçünsə 38 yaşlı Ahmed inqilabçıdır, ölkənin parçalanmış müxalifətini yenidən qurmağı vəd edir.

“Bizim bir orqan, bir ordu şəklində dönüşümüz Suriyanı bütövlükdə qoruyacaq”, – keçmiş komandir ötən ay bir dəfn mərasimində deyirdi. “Biz dayanmayacaq, silahlarımızı qələbə çalmayanadək təhvil verməyəcəyik... döyüş təzə başlayıb”, – o danışırdı.

Məqalədə hazırda Suriyanın cənubunda vəziyyətin belə olduğu qeyd edilir. On il qabaq məhz burada Ərəb baharı inqilabı başlanmışdı. İndi isə Rusiya bu ərazidə bir tərəfdən əhalini öz tərəfinə çəkməyə çalışır, digər tərəfdən Dəməşq, Tehran və İsrailin maraqlarını uzlaşdırmağa çalışır.

Son həftələr Deraa və yaxınlıqdakı Süveyde şəhərində sporadik nümayişlər olub. 2011-ci ili xatırladan nümayişlərdə etirazçılar prezidentin adını çəkir, “Bashar, çıx get”, “Suriya azaddır” şüarlarını səsləndirirlər. Bir neçə nəfər saxlansa da, ümumilikdə gizli polis nümayişə divan tutmayıb.

“Bu nümayişlər 2011-ci ildə başlanmış Suriya inqilabının davamıdır, ancaq indi etirazlara iqtisadi böhran da səbəb olub”, – Süveydedən 30 yaşlı etirazçı Abbass Munef deyib.

Beşinci Korpus: inqilabçılar, yoxsa...

Deraa 2018-ci ilin iyulunda üsyançılardan geri alınıb. Ancaq buranın sakinləri avtobuslara doldurularaq Türkiyəylə sərhəddəki İdlib vilayətinə aparılmayıb. Rusiya Dəməşqi barışıq sazişinə məcbur edib, üsyançılardan Beşinci Korpus adlı yerli təhlükəsizlik qüvvəsi yaradılıb. Hazırda 30 minədək üzvü olan korpus İslam Dövləti (İŞİD) qruplaşmasına qarşı mübarizədə yorulmuş Suriya ordusuna kömək məqsədilə yaradılıb.

Məqalədə deyilir ki, Beşinci Korpus maaşını Moskvadan alır və Rusiyanın göstərişlərinə əməl etdiyi güman olunur. İŞİD Suriyanın cənubundan çıxarılandan sonra bu döyüşçülərin çoxu İdlibdə döyüşməkdən imtina etdi.

Yerli fəal Ahmad Muhammad qəzetə deyib ki, beşinci bölümün əsgərləri hələ də inqilabçıdırlar. Onlar barışığa getsələr də, rejimə qarşı çıxırlar.

“Rusiya anlayır ki, ona ərazidəki sünni ərəblər arasında müttəfiqlər lazımdır... Ancaq Rusiyanın Beşinci Korpusla bağlı əsl niyyətini anlamaq çətindir. Çox maraqlıdır ki, yerli əhali bu şəxsləri vətənpərvər anti-İran qüvvəsi kimi qəbul edib, beşinci kolon kimi deyil”, – Xarici Siyasət Araşdırma İnstitutundan Elizabeth Tsurkov deyib.

Rusiya və İran Suriya prezidentini, ABŞ və Türkiyə isə bu ölkədə fərqli üsyançı qüvvələri dəstəkləyir.

XS
SM
MD
LG