Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 17:53

COVID-19 yaxşı yeməyənlərin sayını artırır


Arxiv fotosu

Bu il COVID-19 pandemiyası səbəbindən dünyada yaxşı qidalanmayan əhalinin sayı 83-132 milyon nəfər arta bilər. Bu, iqtisadi artımdan asılıdır. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı 2020-ci ildə dünyada ərzaq çatışmazlığı təhlükəsi və qidalanmanın vəziyyəti barədə hesabat yayıb.

2021-ci ildə dünyada iqtisadi bərpa gözləndiyindən yaxşı qidalanmayanların sayı da azala bilər, ancaq bu göstərici yenə də pandemiyasız dünyadakından çox olacaq.

Son hesablamalara görə, 2019-cu ildə dünya əhalisinin 9,7 faizi (750 milyondan az) kəskin ərzaq çatışmazlığı ilə üzləşib.

746 milyon nəfər ərzaq çatışmazlığı yaşadığı bir dönəmdə dünya əhalisinin 16 faizi, yəni 1,25 milyarddan çoxu bu təhlükəsizliyi orta səviyyədə yaşayıblar.

Ərzaq çatışmazlığını orta səviyyədə yaşamaq qidalı və yetərli ərzağa daimi çıxışı olmamaq, ancaq eyni zamanda həm də aclıqdan əziyyət çəkməmək deməkdir.

Qlobal səviyyədə kişilərə nisbətən daha çox qadınların orta, yaxud kəskin ərzaq çatışmazlığı təhlükəsilə üzləşdiyi bildirilir. Bu gender fərqi 2018-ci ildən 2019-cu ildə, xüsusilə orta və kəskin səviyyədə artıb.

XS
SM
MD
LG