Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

DST: Tezliklə normal həyata qayıdış real səslənmir


Vaşinqton, arxiv fotosu
Vaşinqton, arxiv fotosu

İyulun 13-də ABŞ-ın əhali sayına görə birinci yerdə olan Kaliforniya ştatında təkrar açılım tədbirləri dayandırılıb. Ştat yoluxma hallarının artmasıyla mübarizə aparır.

Koronavirus Birləşmiş Ştatlarda 135 mindən çox insanın həyatına son qoyub. Mayda qadağalar qaldırılandan özəlliklə cənub və qərb ştatlarında yoluxmalar artmaqdadır.

Ölkədə beş gün dalbadal gündəlik yoluxma sayı 62 mindən yuxarıdır.

Kaliforniyanın qubernatoru Gavin Newsom qapalı məkanlarda fəaliyyəti məhdudlaşdırmaq göstərişi verib – barlar bağlanır, restoranların içində nahar etmək yasaqlanır, kinoteatrlar, muzeylər qapadılır.

Bu arada Dünya Səhiyyə Təşkilatı (DST) xəbərdarlıq edib ki, tezliklə normal həyata qayıdış real səslənmir, çünki bir çox ölkələr pandemiyaya reaksiyanı yanlış idarə ediblər.

Artıq dünyada COVID-19-a yoluxma halları 13 milyonu keçib, 573 mindən artıq xəstə vəfat edib. DST bildirir ki, adamlar fiziki məsafə, əlyuma, maska taxmaq qaydalarına əməl etməsələr, pandemiya daha da pisləşəcək.

“Normal həyata dönüş olmayacaq”

DST rəhbəri Tedros Adhanom Ghebreyesus xəbərdarlıq edib ki, karantini yumşaltmış bəzi ölkələr indi virusun yenidən başqa qaldırmasına şahidlik edirlər, çünki onlar riski azaldacaq təsdiqlənmiş metodlara əməl etməyiblər.

“Sizinlə açıq danışmaq istəyirəm: proqnozlaşdırılan gələcəkdə normal həyata dönüş olmayacaq”, – Tedros virtual brifinqdə deyib.

Artıq ABŞ-ın səhiyyə rəsmiləri amerikalıları ictimaiyyət arasında maska taxmağa, digər qaydalara əməl etməyə çağırırlar.

Virus Braziliyada tüğyan etməkdədir. ABŞ-dan sonra ikinci yerdə gələn bu ölkədə 1,9 milyona yaxın yoluxma, 72 min 833 ölüm halı qeydə alınıb.

Amerika qitəsindən kənarda pandemiyadan ən çox ziyan görən ölkə Hindistandır, iyulun 14-də ümumi yoluxma sayı 906 mini keçib. 23 min 727 xəstə vəfat edib.

Koronavirusun ötən ilin sonunda baş qaldırdığı Çində isə ümumi 83 mindən çox yoluxandan 4 min 634 nəfərin vəfat etdiyi bildirilir.

İyulun 12-də DST ekspertləri virusun necə yayıldığını araşdırmaq üçün Çinə gediblər. Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin mərkəzindəki Vuhan şəhərində aşkarlanıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG