Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 09:16

Prezidenti tənqid edən professor azadlığa çıxıb


Xu Zhangrun

Çinli akademik təxminən bir həftə həbsdə qalandan sonra azadlığa çıxıb. O, koronavirus pandemiyasını Prezident Xi Jinping-in avtoritarizmi və senzurayla izah edən məqalə yazmışdı.

Pekindəki Tsinghua Universitetinin hüquq professor Xu Zhangrun iyulun 6-da paytaxtdakı evindən aparılmışdı. Həmin vaxt o, ev dustaqlığında idi.

Dostlarının iyulun 13-də mediaya bildirməsinə görə, professor bu gün evinə qayıdıb və yaxşıdır.

Xu-nun dostu iyulun 6-da deyirdi ki, professorun həyat yoldaşına zəng gəlib, onun fahişələrin dalınca düşdüyünə görə həbs olunduğu bildirilib. Dostu bu ittihamı “gülünc və abırsız” adlandırmışdı.

Xu ilin əvvəlindən ev dustaqlığında idi. Xaricdəki vebsaytlarda dərc olunmuş məqaləsində Xi və hökumətini koronavirus pandemiyasına reaksiyasına görə tənqid etmişdi.

Professor məqaləsində yazırdı ki, Xi-nin rəhbərlik sistemi “idarəçiliyin strukturunu dağıdır”.

Onun fikrincə, açıqlığın olmaması pandemiyaya töhfəsini verib. Koronavirusun ötən ilin sonunda Çində peyda olduğu, sonradan qlobal miqyasda yayıldığı bildirilir.

Çin Kommunist Partiyasının rəsmiləri yoluxmalar barədə ilkin xəbərləri boğmağa çalışıblar.

Daha öncəki məqaləsində isə Xu 2018-ci ildə prezidentlik müddətlərinin ləğvini tənqid edib. Bu dəyişiklik Xi-nin ömürlük idarəçiliyinə yol açıb.

XS
SM
MD
LG