Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Morqdan videoya görə işdən çıxarıldı


Rusiyada koronavirus xəstəsi dəfn olunur
Rusiyada koronavirus xəstəsi dəfn olunur

Rusiyanın Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin vilayət səhiyyə departamentinin rəhbəri Aleksandr Xolopovu vəzifədən kənarlaşdırıb.

Bundan öncə “Moskoviskiy komsomolets Tomskda” qəzeti 3 saylı şəhər xəstəxanasının morqundan foto paylaşmışdı. Fotoda bir küncə yığılmış qara torbalar görünürdü. Qəzet yazırdı ki, bu torbalarda koronavirus infeksiyasından ölənlərin meyitləri var.

Tomsk vilayətinin operativ qərargahı bəyan etdi ki, qəzetin yazdıqları “həqiqətə uyğun deyil”. Məmurların bildirməsinə görə, paketlərdə “bioloji tullantılar”, işlənmiş, həftəsonu xəstəxanada yığılmış geyim, pal-paltar olub, fotodakı sanitarın qoruyucu geyimdə olmaması isə buranın “kovid” morqu olmadığını göstərir.

Morqda videomüşahidə quraşdırılıb

Qəzetin jurnalisti Stanislav Mikryukova qarşı saxta xəbər ittihamıyla protokol tərtib olunub. Ancaq sonradan morqdan yayılmış yeni görüntülərdə bəzi torbalarda cəsədlərin olduğu görünür.

Bir neçə keçməsinə baxmayaraq Jvaçkin və qərargahı şərh verməyib, “xüsusi komissiya”nın baş verənləri dəyərləndirdiyini bildirib. Ancaq qubernator sonucda “belə bir vacib obyektdə təşkil olunmuş qarışıqlığa görə” ona tabe olan məmuru işdən çıxarıb.

Qubernator həmçinin belə bir tələb qoyub ki, morqda sutkalıq “sərt buraxılış rejimi” tətbiq olunsun, sonradan videomüşahidə də quraşdırılıb.

“Kənar şəxslərin belə yerlərdə peyda olaraq çəkiliş aparması, sonradan fotonu internetə yerləşdirməsi qəbuledilməzdir. Heç kəsə ölənlərə rişxənd etməyə, tibb işçilərimizin işini gözdən salmağa icazə verilmir”, – qubernator deyib.

Yerli jurnalistlər Tomsk vilayətində ölü statistikasını şübhə altına alırlar. Rəsmi məlumata görə, vilayətdə 21 xəstə vəfat edib. Ancaq bir aydan çox müddət ərzində rəsmi ölü sayı dəyişməyib.

İndiyədək Rusiyada koronavirusa 706 mindən çox yoluxma qeydə alınıb, ölü sayı 11 minə yaxınlaşır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG