Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:53

Nazirlik birdəfəlik ödəmələrin başa çatdığını bildirir


190 manatı almayanlar: 'Biz bu ölkənin vətəndaşı deyilik?'
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

190 manatı almayanlar: 'Biz bu ölkənin vətəndaşı deyilik?'

Xüsusi karantin rejimi tətbiq olunan 16 şəhər və rayonda 190 manat birdəfəlik ödəmələrin verilməsi başa çatıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iyulun 10-da yaydığı məlumatda deyilir.

Məlumata görə, iyunun 21-dən xüsusi karantin rejimi tətbiq olunan 8 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərləri və Abşeron rayonu) üzrə birdəfəlik ödəmələr bu həftənin ilk günlərində başa çatıb.

Nazirlik bildirir ki, bu gün isə əlavə olaraq iyulun 5-dən xüsusi karantin rejiminə başlanan 8 şəhər və rayonda (Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) birdəfəlik ödəmələr bank kartlarına köçürülüb.

Ümumilikdə 16 şəhər və rayonda işsiz və xüsusi karantin rejimində gəlirini itirən, qeyri-formal işləyən aztəminatlılardan ibarət 290 minə yaxın şəxsə 190 manat birdəfəlik ödəniş köçürüldüyü bildirilir. Bu məqsədlə 55 milyon manata yaxın vəsait ayrıldığı qeyd edilir.

Bundan əvvəl aprel-may aylarında da respublika üzrə həmin kateqoriyadan olan 600 min şəxs aylıq 190 manat birdəfəlik ödəmə ilə təmin edilib və bunun üçün 229 milyon manat xərclənib.

Multimedia

XS
SM
MD
LG