Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 09:46

186 nəfər azərbaycanlı ölkəyə gətirilib


AZAL

İyulun 8-də çarter reysi ilə Dubaydan186 azərbaycanlı ölkəyə gətirilib. Bunu AZAL-dan bildiriblər.

Məlumata görə, reysdən öncə 48 saat ərzində koronavirus testinin nəticəsi mənfi çıxan sərnişinlər ölkəyə qaytarılıb və onlar iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

AZAL-ın çarter reysləri Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun yerinə yetirilir.

Koronavirus pandemiyası ilə bağlı dövlətlər sərhədləri bağlayıblar. Buna görə də müxtəlif ölkələrdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması çətinləşib. Onların bəzisi hissə-hissə gətirilir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, mart ayından indiyə kimi xarici ölkələrdə olan 23 min nəfərdən çox vətəndaş ölkəyə qaytarılıb.

XS
SM
MD
LG