Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:24

Pekin Honq Konqda yeni təhlükəsizlik ofisi açır


Honq Konqda demokratiya tələb edən deputatlar

Çin kəşfiyyat agentlərinin Honq Konqda açıq fəaliyyəti üçün yeni ofis açıb. Bu, yeni təhlükəsizlik qanunu qüvvəyə minəndən ilk belə addımdır, maliyyə habı olan Honq Konqa nəzarəti gücləndirməyin açıq göstərisi hesab olunur.

Milli Təhlükəsizliyin Qorunması Ofisinin açılış mərasimi iyulun 8-də Honq Konqda bir oteldə keçirilib.

Yeni ofisin müvəqqəti bazası Viktoriya Parkı yaxınlığındakı kommersiya rayonunda yerləşir. Bu park uzun müddət Honq Konqdakı etirazların əsas nöqtəsi sayılırdı.

Bir həftə öncə Pekinin ziddiyyətli milli təhlükəsizlik qanunu qüvvəyə minib. Qanunun 1997-ci ildə idarəçiliyi Britaniyadan Çinə keçmiş Honq Konqda azadlıqlara zərbə vuracağı sarından narahatlıq var.

Qanunvericilik təxribat, ayırıcılıq, terrorçuluq fəaliyyəti, xarici qüvvələrlə əməkdaşlığa görə ömürlük həbs cəzası nəzərdə tutur. Çin rəsmilərinin fikrincə, ötənilki etirazlardan sonra bu qanun şəhərdə sabitliyi bərpa edəcək.

Yeni ofisdə çalışan təhlükəsizlik agentlərinin qanunda nəzərdə tutulmuş cinayətlər üzrə şübhəlilərlə bağlı istintaq başlatmaq səlahiyyəti var.

XS
SM
MD
LG