Keçid linkləri

Təcili xəbərlər
2020, 10 Avqust, Bazar ertəsi, Bakı vaxtı 19:34

Macron daxili işlər nazirini vəzifədən çıxarır


Emmanuel Macron (öndə) və Edouard Philippe

Fransa Prezidenti Emmanuel Macron Daxili işlər naziri Christophe Castaner-i vəzifədən çıxarıb. Hazırda ölkədə hökumətdə dəyişikliklər olunur. Bu dəyişikliklər polis qəddarlığına etirazlardan sonraya təsadüf edir.

Castaner etirazçılarla polisin sərt davranışına görə tənqid olunurdu.

Macron iyulun 6-da keçmiş büdcə naziri Gerlad Darmanin-i daxili işlər naziri təyin edib. Prezident ədliyyə və ekologiya nazirlərini də dəyişib.

Bir neçə gün öncə Macron Baş nazir Edouard Philippe-ni vəzifədən kənarlaşdırıb, bu posta Jean Castex-ni təyin edib. Philippe Macron-un prezidentliyinin ilk üç ilində hökumətə başçılıq edib.

Macron iyulun 5-də tvitində yazıb ki, Fransa beynəlxalq dəyişikliklər və ölkənin üzləşdiyi böhranları yoluna qoymaq üçün “yeni cığır açmalıdır”.

Prezident maliyyə və səhiyyə nazirlərini dəyişməyib.

Macron vəkil Eric Dupond-Moretti-ni ədliyyə, əvvəllər Yaşıllar Partiyasının üzvü olmuş Barbara Pompili-ni isə ətraf mühit naziri təyin edib.

Ötən həftə keçirilən bələdyyə seçkisində Yaşılların namizədləri altı böyük şəhərdə qələbə qazanıb.

Macron-un prezidentlik müddəti 2022-ci ildə başa çatır və seçkiyə yenidən qatılacağı haqda bir söz deməyib.

XS
SM
MD
LG