Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:46

Xorvatiyada hakim partiya seçkini udur


Andrej Plenkovic

Xorvatiyanın sağ-mərkəzçi Xorvatiya Demokratik Birliyi (HDZ) iyulun 5-də keçirilmiş parlament seçkisində çoxluğu qazanıb. Bunu ekzit pollar göstərir.

HDZ 151 yerlik parlamentdə 66 mandat əldə edib. Ondan sonra Sosial Demokratlar (SDP) və onun kiçik müttəfiqləri gəlir, 41 yer qazanıblar.

Nəticələr təsdiqlənərsə, HDZ hökuməti formalaşdırmaqdan ötrü koalisiya danışıqlarına başlamaq üçün güclü mövqeyə yiyələnəcək. Bundan ötrü 76 mandat lazımdır.

“HDZ üçün belə bir nəticə bizim qələbəmizdir, bir öhdəlikdir. Ona görə öhdəlikdir ki, arxamızda problemlər dolu çətin mandat buraxmışıq, qarşımızda daha böyük çətinliklər dayanır”, – Baş nazir Andrej Plenkovic tərəfdarlarına deyib.

Xalq mahnıları ifaçısı Miroslav Skoro-nun rəhbərlik etdiyi yeni sağ-qanad Ana Vətən Hərəkatı 16 mandatla üçüncü yerə çıxıb.

Nəticələr SDP lideri Davor Bernardic-in rəhbərlik etdiyi “Restart” alyansına zərbə sayılır. Seçkiöncəsi rəy sorğuları onun HDZ-yə çox yaxın olduğunu göstərirdi.

Bernardic rəhbərlikdən istefa verəcəyini deyib.

XS
SM
MD
LG