Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:40

Testi pozitiv çıxan komissiya sədri seçki günü də ‘işləyib’


Mahaçqalada səsvermə məntəqəsi
Mahaçqalada səsvermə məntəqəsi

Moskvada dairə seçki komissiyası sədri koronavirus testinin pozitiv çıxmasına baxmayaraq səsvermə günü işləyib. Bunu Moskvada Severnoye Tuşino dairə komissiyasının adı açıqlanmayan üzvü iyulun 2-də “Dojd” telekanalına müsahibəsində deyib.

İyulun 1-də Rusiyada konstitusiyaya dəyişikliklər üzrə ümumxalq səsverməsinin sonuncu- yekun günü idi. Komissiya üzvü deyib ki, iyulun 1-də testin nəticəsi gələndə səsvermə məntəqəsi hələ bağlanmayıbmış və komissiya sədri bütün günü işini davam etdirib.

Həmin şəxsin sözlərinə görə, komissiyanın üzvlərinin hamısı iyunun 27-28-də testdən keçiriliblər. İlkin səsvermə isə iyunun 25-də başlanıb.

Komissiya sədri iyulun 1-də pozitiv çıxan nəticəni alsa da, işini davam etdirib, komissiyanın digər üzvləri, seçicilərlə təmasda olub.

Tibbi personalı da səs verməyə məcbur ediblər

Yekun protokola görə, məntəqədə 1310 nəfər səs verib, onların 300-dən çoxu məhz iyulun 1-də seçkiyə gedib. Onlardan neçəsinin məsafədən səs verdiyi bəlli deyil.

Rusiya müxalifət fəalları və səhiyyə ekspertləri pandemiya dövründə səsvermə keçirməyin təhlükəli olduğunu deyirdilər.

Seçki komissiyalarının yüzlərlə üzvü səsvermə günü işləməkdən imtina edib, özlərinin və seçicilərin səhhəti üçün narahat olduqlarını bildiriblər.

Rusiyadakı Həkimlər Alyansı hərəkatının lideri Anastasia Vasilyeva iyulun 2-də “Current Time” televiziyasına deyib ki, pandemiya dövründə səsvermə keçirmək virusun ölkə ərazisində yayılma sürətinə kömək edib. Onun sözlərinə görə, koronaviruslu xəstələrlə işləyən tibbi personalı da səs verməyə məcbur ediblər, bu isə səhiyyə və sanitariya tövsiyələrinə ziddir.

Səs verənlərin 75 faizindən çoxunun 200-dən artıq dəyişikliyi dəstəklədiyi bildirilir. Onlardan ən çox diqqətçəkəni Rusiya Prezidenti Vladimir Putin-in prezidentlik müddətlərinin sıfırlanmasıdır. Beləliklə, onun 2036-cı ilədək hakimiyyətdə qalmasına yol açılır.

Rusiyada indiyədək 668 minə yaxın yoluxmanın təsdiqləndiyi, onlardan 9 min 800-dən çoxunun vəfat etdiyi bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG