Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:03

Konqres Honq Konqla bağlı sanksiyalar qəbul edir


Honq Konq, 1 iyul, 2020-ci il

ABŞ Konqresi Honq Konqla bağlı sanksiyaları qəbul edib. Sanksiyalar Pekinin tətbiq etdiyi, bütün dünyada pislənilən təhlükəsizlik qanununa cavab olaraq tətbiq olunacaq.

İyulun 2-də Senat Honq Konq Muxtariyyət Aktını yekdilliklə dəstəkləyib. Bir gün öncə Nümayəndələr Palatası bu addımı atmışdı.

Qanunvericilik imzalanmaq üçün Prezident Donald Trump-a göndərilib.

Qanun layihəsində yeni qanunu həyata keçirən Çin rəsmiləri ilə iş görən banklara cərimələr tətbiq olunur. Həmçinin qanunu tətbiq edən Çin Kommunist Partiyası rəsmiləri, eləcə də Honq Konqda etirazçılara divan tutmuş polis bölmələri hədəfə alınır.

Senat yeni sanksiyaları səsverməyə çıxarmazdan öncə Pekin Vaşinqtonu “Honq Konqun işlərinə müdaxiləni dayandırmağa” çağırıb, bu yöndə addımlar davam edərsə, “güclü əks-tədbirlər” vəd edib.

Britaniya 1997-ci ildə Honq Konqu Çinə təhvil verib, ancaq azı 50 illiyə müəyyən azadlıqlara təminat verilib.

Tənqidçilərin fikrincə, yeni qanun həmin azadlıqların sonu deməkdir. Qanunda ömürlük həbsədək cəzalar nəzərdə tutulur.

Pekinin mövqeyincə, bu addım Honq Konqda ötən ildəkinə oxşar kütləvi etirazları dayandırmaq üçün vacibdir.

XS
SM
MD
LG