Keçid linkləri

Təcili xəbərlər
2020, 14 Avqust, Cümə, Bakı vaxtı 05:27

Nazarbaev koronavirusdan sağalıb


Nursultan Nazarbaev

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbaev-in koronavirusdan sağaldığı bildirilir. Radio Azattık xəbər verir ki, Nazarbaev “xəstəliyə üstün gəldiyini”, “tamdəyərli işə” başladığını bəyan edib.

“Təhlükəli koronavirus pandemiyası dünyanın bir çox ölkələri kimi Qazaxıstanı da bürüyüb. Milyonlarla insan bu ağır xəstəliyə tutulub və o məndən də yan keçməyib. Həkimlərin səyləri və onların tələb və tövsiyələrinin şərtsiz yerinə yetirilməsi, eləcə də dəstək və xoş arzular sayəsində xəstəliyə üstün gəldim, özümü yaxşı hiss edir və tamdəyərli işə başlayıram”, – Nazarbaev xalqa müraciətində deyib.

Gələn həftə 80 yaşı tamam olacaq keçmiş prezident son aylar ictimaiyyət arasında görünmür.

Nazarbaev Qazaxıstana 30 ilə yaxın başçılıq edib. O, ötən ilin martında istefa verməsinə baxmayaraq, hakim “Nur Otan” partiyasının sədridir, nüfuzlu Təhlükəsizlik Şurasına rəhbərlik edir, hakimiyyətdə dominant roldadır.

Opponentlərinin fikrincə, Nazarbaev varisi Qasym-Zhomart Toqaev-i idarə edir.

Qazaxıstanda koronavirusa 44 mindən çox yoluxan olub, onlardan 188 nəfər vəfat edib.

XS
SM
MD
LG