Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:14

DST yenə xəbərdarlıq edir


Kaliforniyada çimərlik, 22 iyun, 2020-ci il
Kaliforniyada çimərlik, 22 iyun, 2020-ci il

Dünya Səhiyyə Təşkilatı (DST) koronavirus pandemiyasının sürətlənməsi barədə daha bir xəbərdarlıq edib. İyulun 1-də Birləşmiş Ştatlarda gündəlik yoluxmalar ilk dəfə olaraq 50 mini keçib.

DST-nin məlumatına görə, son həftə ərzində dünya üzrə yoluxmalar ən yüksək həddə çatıb. Qurum rəhbəri Tedros Adhanom Ghebreyesus hər gün yoluxanların 160 mini keçdiyini deyib.

ABŞ-da son 24 saat ərzində 52 mindən çox yoluxmanın təsdiqlənməsi rəsmiləri təkrar acılımla bağlı qərarları geri götürməyə məcbur edir. Xüsusilə cənub və qərb ştatlarında restoranlar, barlar, çimərliklər yenidən bağlanır. Həftəsonuna düşən 4 iyul bayramı ərəfəsində bu qərar əhalini məyus edib.

Artıq Prezident Donald Trump-ın maska taxmaqla bağlı mövqeyində dəyişiklik hiss olunur.

“Mən maska tərəfdarıyam. Məncə, maska yaxşı şeydir. Adamlar mənim maska taxdığımı görüblər”, – Trump “Fox Business”ə müsahibəsində deyib.

İndiyədək prezident maskaya qarşı çıxdığına görə tənqid olunurdu.

Apple daha 30 mağazasını bağlayır

Texas da Florida və Kaliforniya ştatlarına qoşularaq çimərlikləri bağlamağa başlayıb. Bəzi ştatlar bayramqabağı ziyarətçilər üçün 14 günlük karantin tətbiq ediblər.

Apple şirkəti iyulun 2-dən ABŞ-da daha 30 mağazasını bağlayacağını elan edib. Onların yarısı Kaliforniyada yerləşir.

Hətta pandemiyanın cilovlandığı görünən ştatlar belə təkrar açılım planlarını təxirə salırlar. Məsələn, Nyu York şəhərində restoranların içində nahar etməyin bərpası təxirə salınır. Mer Bill de Blasio buna cənubda və qərbdə yoluxmaların kəskin artmasıyla izah edib.

İndiyədək ABŞ-da koronavirusa 2,7 milyon nəfərin yoluxduğu təsdiqlənib, 128 min nəfər vəfat edib.

İkinci yerdə gələn Braziliyada ölü sayı 60 mini, Meksikada 28 min 500-ü keçib.

Pan Amerika Səhiyyə Təşkilatı bildirib ki, daha sərt ictimai sağlıq tədbirləri görülməsə, oktyabradək Latın Amerikası və Karibdə ölü sayı 400 mini keçə bilər.

Avropa Birliyi 15 ölkədən ziyarətçilər üçün sərhədlərini açıb. ABŞ, Braziliya və Rusiya bu siyahıda yoxdur.

Avstraliyanın Melburn şəhərində yoluxmalarda kəskin artım evdə qalmaq göstərişini yenidən qüvvəyə mindirib. Fələstin hakimiyyəti isə Qərb sahildə beşgünlük karantin elan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG