Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:33

Rusiyalılar konstitusiyaya dəyişikliklərə səs verir


Kazanda səsvermə məntəqəsi
Kazanda səsvermə məntəqəsi

İyulun 1-də Rusiyada konstitusiyaya dəyişikliklər üzrə səsvermənin sonuncu, yekun günüdür. Bu dəyişikliklər Prezident Vladimir Putin-in daha iki il müddətinə – 2036-cı ilədək hakimiyyətdə qalmasına yol aça bilər.

Ölkədə səsvermə məntəqələri iyunun 25-dən açılıb. Hakim orqanlar koronavirus pandemiyasına görə kütləviliyin qarşısını almaq istədiklərini deyirdilər.

Kremlin bildirməsinə görə, dəyişikliklər ölkədə sabitlik və təhlükəsizlik üçün vacibdir. Putin-in tənqidçiləri isə iddia edirlər ki, məqsəd 67 yaşlı prezidentlik ömürlük hakimiyyətdə qalmasını təmin etməkdir.

“Biz təkcə dəyişikliklərə səs vermirik. Biz yaşamaq istədiyimiz ölkəyə, övladlarımıza və nəvələrimizə ötürmək istədiyimiz ölkəyə səs veririk”, – Putin iyunun 30-da televiziya ilə çıxışında deyib və rusiyalıları dəyişikliklərə səs verməyə çağırıb.

Seçicilər dəyişikliklər paketinin ya lehinə, ya da əleyhinə səs verə bilərlər. Hökumət cidd-cəhdlə dəyişiklikləri təbliğ edib, onun qəbuluna çalışıb.

Putin ilk dəfə yanvarda xalqa müraciətində dəyişiklikləri təklif edib. Bundan cəmi beş gün sonra parlamentə təqdim olunub.

Dəyişikliklər nəyi nəzərdə tutur

Martın 10-da isə Putinin 2024 və 2030-cu illərdə təkrar seçilməsinə imkan verəcək dəyişiklik əlavə olunub.

200-dən çox dəyişiklikdən ibarət paket ertəsi gün həm Dövlət Duması, həm də parlamentin yuxarı palatası olan Federasiya Şurası tərəfindən qəbul olundu.

Putin səsverməni əvvəlcə aprelin 22-nə təyin etmişdi, sonradan koronovirus pandemiyasına görə təxirə salındı.

Dəyişikliklərdə həmçinin parlamentin hökumətin formalaşdırılmasında səlahiyyəti gücləndirilir, səlahiyyətinin bir hissəsi müxtəlif dövlət strukturları arasında paylaşdırılır.

Bundan başqa, rus dilinin “xalqın dövlətformalaşdırma dili” statusunun möhkəmləndirilməsi, Konstitusiyaya Allah anlayışının salınması, nikahın yalnız kişi ilə qadının ittifaqı kimi təsdiqlənməsi nəzərdə tutulur.

Səsvermə Rusiyada koronavirus pandemiyasının iqtisadi fəsadlarından narazılığın artdığı bir dönəmdə keçirilir. Rəy sorğuları son illər Putin-in populyarlığının azaldığını göstərir. Yazda ona dəstək reytinqi 59 faizə düşüb, bunu Levada Mərkəzinin sorğusu üzə çıxarıb.

Sovet dövründə KGB zabiti olan Putin 1999-cu ildən prezident, yaxud baş nazir postundadır. Tərəfdarları onun Sovet İttifaqı dağılandan və 1990-cı illərin böhranlarından sonra ölkəni və iqtisadiyyatı möhkəmləndirdiyini bildirirlər.

Ancaq tənqidçilərin fikrincə, Putin demokratik qurumları zəiflədib, siyasi opponentlərini gözümçıxdıya salıb, tənqidçiləri susdurub, korrupsiyanın çiçəklənməsinə şərait yaradıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG