Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:04

Karantin daha iki həftə uzadıla bilər


Karantin qaydalarının pozulmasına görə cərimələr ikiqat artırıldı
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Karantin qaydalarının pozulmasına görə cərimələr ikiqat artırıldı

"Karantin rejiminin daha iki həftə artırılması ilə bağlı fikirlər və rəylər vardır".

Bunu iyunun 30-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqində Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bununla bağlı yaxın günlərdə ətraflı məlumat veriləcək.

Martın 24-dən Azərbaycanda koronavirusla bağlı xüsusi karantin rejimi elan edilib. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdu. Dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər.


Amma aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən bölgələrdə, 18-dən isə Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılmışdı. Mayın 31-dən isə karantin rejimi bir qədər də yumşaldılmışdı. Amma son vaxtlar yoluxma artdığından əks tədbirlər görülməyə başlandı. İyunun 21-dən iyulun 5-nə kimi Bakı və daha 7 yerdə karantin sərtləşdirildi. SMS-lə icazə almaq qaydası yenidən bərpa edildi. Karantin avqustun 1-nə kimi uzadılıb.

Evdə müalicə alan xəstələrə dərmanları poliklinika verməlidir

"Ev şəraitində müalicə yalnız simptomsuz və yüngül formada koronavirus xəstələrinə aiddir. Belə xəstələrin müalicəsində yüksək toksikli dərman preparatlarından istifadə edilmir".

Bunu bu gün, iyunun 30-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib.

N.Zeynalov deyib ki, simptomsuz, yüngül əlamətləri olan xəstələrin müalicəsi, əsasən, vitaminlərlə həyata keçirilir: "Bu dərmanların poliklinikalar vasitəsilə həmin şəxslərə çatdırılması nəzərdə tutulur. Koronavirusa yoluxmuş xəstələrin evdən çıxmaması lazımdır, dərman təchizatı təmin olunacaq".

556 yeni yoluxma, 7 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 556 yeni yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, iyunun 30-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Məlumatda həmçinin yazılıb ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər də vəfat edib:


"İndiyədək ölkədə ümumilikdə 17524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9715 nəfər müalicə olunaraq sağalıb, 213 nəfər vəfat edib, 7596 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir".

Qərargahdan vurğulandığına görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6 min 645, ötən müddət ərzində isə ümumilikdə 482 min 170 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-də aşkarlandığı bildirilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 10 milyon 449 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 509 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG