Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:54

Ofis binalarının axırı necə olacaq – Qərb mediası


Empire State Building
Empire State Building

“Reuters” agentliyi koronavirus pandemiyasına görə boşalmış ofis binalarının taleyini araşdırıb. Məsələn, 90 ilə yaxındır ki, “Empire State Building” Amerikanın iqtisadi qüdrətinin simvolu olub. Bu ildən həm də ölkənin koronavirusla mübarizəsinin simvoluna çevrilib.

Nyu York karantindən sonra təkrar acılımın ikinci fazasına keçir və bu binada ofis icarəyə götürmüş onlarla şirkət nə vaxt geri qayıda biləcəkləri, bunun ümumiyyətlə mümkün olub-olmayacağı üzərində baş sındırır.

Və bu durum təkcə Birləşmiş Ştatlara deyil, dünyanın qalan hissəsinə da aiddir. Artıq böyük ofis binasından işləmək bir çoxları üçün ağlagəlməz bir şeyə çevrilib.

“Empire State Building”-in menecmenti təkrar acılımın ikinci fazasında binada çalışan 15 min nəfərin 15-20 faizinin işə dönəcəyini gözləyir.

Ofisdə işləmək cazibəsi...

Global Brands Group (0787.HK) 2011-ci ildə ofis binasının altı mərtəbəsinin icarəsi üçün 15 illik müqavilə imzalayıb. Ancaq Nyu Yorkdakı işçilərinə deyib ki, onlarda bir də heç vaxt ofisə qayıtmaq tələb olunmayacaq.

“İnanılmaz korporasiya binalarında işləməyin” cazibəsi pandemiyanın kölgəsində qalıb, “Global Brands Group”un rəhbəri Rick Darling agentliyə deyib.

“Məncə, onların əhəmiyyəti azalır. Adamların dağınıq vəziyyətdədirsə, şirkətin perfomansı həqiqi prestij nöqtəsinə çevrilir”, – o vurğulayıb.

Darling söyləyib ki, şirkət hələ ofis yeri barədə hansısa qərar verməyib və moda nümayişləri üçün salonlara ehtiyacı olacaq.

Nyu York şəhərində əmlakın dəyəri pandemiya dövründə 10 faiz azalıb. Bunu isə “Green Street Advisors” daşınmaz əmlak firmasının aparıcı təhlilçisi Daniel Ismail bildirib.

“Empire State Realty” səhmləri 2019-cu ilin sonundan 53 faizədək ucuzlaşıb. Ismail COVID-19-la əlaqədar “Empire State Building”in rəsədxanasının bağlanmasını da vurğulayır. Turistləri maqnit kimi özünə çəkən bu məkan ötən il qrupun gəlirinin beşdə birini qazandırmışdı.

Post- COVID dünyası...

Ancaq şirkət rəhbəri Anthony Malkin nikbindir. Onun ailəsi 1960-cı illərdən “Empire State Building”də çalışır. Malkin inanır ki, bu binanın Nyu Yorkun panoramasındakı yeri koronavirusun müvəqqəti və ağrılı təsirini üstələyəcək.

“COVID başlanandan biz yalnız icarə müqaviləsi imzalayanlar görürük, gedən olmayıb”, – o deyir və Starbucks Corp-un (SBUX.O) martın 15-də üçyaruslu mağaza üçün yer icarə götürdüyünü vurğulayıb.

“Post- COVID müalicə, vaksin və kütləvi immunitet dünyasında hər şey geri qayıdacaq”, – o əlavə edib.

Elə bəzi şirkətlər də ofisdən çıxmaq fikirləri olmadığını söyləyiblər. Məsələn, 2013-cü ildə 11 illik müqavilə imzalayan Shutterstock Inc (SSTK.N) nə vaxt və necə işə qayıtmaq barədə hakimiyyətdən göstəriş gözlədiyini bildirib.

Bəzi icarəçilərsə o qədər də əmin deyillər. Onlar məsafədən işləmək effektli olduğu halda ofis məkanı üçün böyük pullar xərcləməyin məntiqli olub-olmadığını sual edirlər.

Koronavirusa dünyada 10 milyondan çox insanın yoluxduğu təsdiqlənib, 504 mindən çox xəstə vəfat edib. Ən böyük zərbə Birləşmiş Ştatlara dəyib – 2,6 milyon yoluxma, 126 mindən çox ölü.

XS
SM
MD
LG