Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:07

Ekoloqlar meşə yanğınlarında həlak olublar


Pavə şəhər sakinləri ekoloqlarla vidalaşırlar
Pavə şəhər sakinləri ekoloqlarla vidalaşırlar

İranın qərbində üç ətraf mühit fəalı sərhədə yaxın dağlıq ərazidə meşə yanğınlarını söndürməyə çalışarkən həlak olublar.

Mokhtar Khandani, Yasin Karimi Balal Amini iyunun 28-də Kirmanşah vilayətinin Havraman regionunda ölüblər.

“Üç nəfər yanğının içinə düşüb, güclü küləklər onların həyatını xilas etməyə imkan verməyib”, – yerli rəsmi Jalil Balayi IRNA dövlət xəbər agentliyinə deyib.

Bundan öncə ölkənin Ətraf Mühitin Mühafizəsi Birliyinin rəhbəri Jamshid Mohabatkhani Mehr yarırəsmi xəbər agentliyinə deyib ki, həmin üç nəfərin yanğında, yaxud İraqla 1980-1988-ci illər müharibəsindən qalmış minalarda həlak olduğu bəlli deyil.

Ekoloji maarifləndirmə aparırdılar

Məlumatlara görə, Pavə şəhərinin yüzlərlə sakini iyunun 28-də axşam küçələrə çıxaraq üç ekoloqla vidalaşıblar.

Sosial mediada yayılmış görüntülərdə onların cəsədlərini daşıyan təcili yardım maşınlarını sakinlər dövrəyə alıb, bəziləri “şəhidlər ölmür” şüarını səsləndirir.

Khandani ekoloji maarifləndirmə aparan qeyri-hökumət təşkilatının sözçüsü idi. Amini də “Jivay Pava Cəmiyyəti”ndə çalışırdı, Karimi isə həm də könüllü kimi ətraf mühiti qoruyurdu.

Son həftələr İranın qərb sərhədi boyunca uzanan Zaqros dağ silsiləsində meşə yanğınları baş verir. İlam, Kürdüstan, Xuzestan, Buşehr vilayətlərinə də ziyan dəyib. Könüllülər yanğınların söndürülməsinə cəlb olunub. Hakimiyyət isə yanğınların qarşısını almaq üçün yetərincə iş görmədiyinə görə tənqid olunur.

İran mediası ötən həftə yazırdı ki, İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) yanğınların qarşısını almaq üçün Zaqrosa vertolyotlar göndərib.

Rəsmiləri bəzi ərazilərin qəsdən yandırıldığını deyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG