Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 00:28

Pakistan Fond Birjasına hücumda 7 nəfər öldürülüb


Pakistan Fond Birjası, arxiv fotosu

Polis Pakistan Fond Birjasına hücumda yeddi nəfərin öldürüldüyünü bildirib.

Baş Polis Müfəttişinin müavini Sharjeel Kharl jurnalistlərə deyib ki, ölənlərdən dördü birjaya hücum edənlər, ikisi mühafizəçi, biri polis əməkdaşıdır.

Bəzi media məlumatlarında hücumda bir dinc şəxsin də öldürüldüyü bildirilir.

Hələlik, hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb, polis, yaxud hökumət işçiləri də hücum edənlərin kimliyini açıqlamayıb.

***

Pakistanın maliyyə habı sayılan Karaçidə fond birjasına hücum edən dörd silahlı öldürülüb. Məlumatı polis yayıb.

Məlumatlara görə, silahlılar iyunun 29-da səhər avtomobillə binaya yaxınlaşaraq qumbara atıb, daha sonra binaya basqın edib atəş açmağa başlayıblar.

Karaçi polisinin rəisi Ghulam Nabi Memon “dörd silahlının öldürüldüyünü” bildirib. Polis hücum zamanı iki təhlükəsizlik əməkdaşının və bir polis zabitinin qətlə yetirildiyini açıqlayıb.

Hazırda vəziyyətin nəzarətə alındığı, birja əməkdaşlarının salamat olduğu xəbər verilir.

Binanın olduğu maliyyə rayonunda Pakistan Dövlət Bankı, bir neçə milli və beynəlxalq maliyyə təşkilatı da yerləşir.

XS
SM
MD
LG