Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:32

Rusiyada səsvermədə seçicilərin 9,2 faizi iştirak edib


Vladivostokda səsvermə maşını
Vladivostokda səsvermə maşını

Rusiyanın Mərkəzi Seçki Komissiyası konstitusiyaya dəyişikliklər üzrə bir həftə çəkəcək səsvermənin birinci günündə seçicilərin 9 faizinin iştirak etdiyini bildirir. Dəyişiklər Prezident Vladimir Putinin hakimiyyətinin daha 12 il uzadılmasına yol aça bilər.

MSK-nın iyunun 26-da bildirməsinə görə, bir gün qabaq 10 milyondan artıq seçici səs verib ki, bu da qeydiyyata alınmış seçicilərin hamısının 9,2 faizi deməkdir. Bu say məsafədən onlayn səs verənləri də əhatələyir.

618 min 200 bülleten

Moskva və Nijni Novqorodda onlayn səsvermə üçün müraciət edənlərin 52,8 faizi səs verib. Başqa sözlə, bu, 618 min 200 bülleten deməkdir.

Putin bu ilin əvvəlində konstitusiya islahatları təklif edib. Plan müxalifət üzvlərinin, insan haqları qruplarının kəskin tənqidinə səbəb olub, Putinin bununla hakimiyyətini uzatmaq istədiyini deyiblər.

İndiki qaydalara görə, Putin üçüncü müddətə prezident seçilə bilməz. Konstitusiyaya dəyişikliklər təsdiqlənərsə, onun əvvəlki prezidentlik müddətləri sıfırlanacaq. Beləliklə də, 2024-cü ildə hazırkı prezidentlik müddəti bitəndən sonra yenidən namizədliyini verə biləcək.

Səsvermənin etibarlı sayııması üçün yetərsay tələb olunmur. Ancaq təhlilçilərin fikrincə, Kreml narahatdır ki, səsverməyə az sayda seçicinin getməsi konstitusiyaya dəyişikliklərin legitimliyinə kölgə salar.

Pozuntu iddiaları

İyunun 25-dən Rusiyada səsvermə məntəqələri açılıb. Səsvermə məntəqələrinin bir həftə ərzində açıq saxlanmasında məqsəd iyulun 1-də ümumxalq səsverməsi günü kütləviliyin qarşısını almaqdır.

İlkin olaraq aprelin 22-nə planlaşdırılan səsvermə pandemiyaya görə təxirə salındı. Səsvermə məntəqələrinə gedə bilməyənlər isə iyunun 10-dan səs verməyə başlayıb.

Jurnalistlər və müxalifət fiqurları səsvermədə pozuntulardan şikayətlənməyə başlayıb.

“Dojd” televiziyasının jurnalisti və aparıcısı Pavel Lobkov deyib ki, səhər Moskvada bir məntəqədə səs verib, bir saatdan sonra isə onlayn səs verə bilib, çünki ilkin olaraq bu cür səs vermək üçün qeydiyyatdan keçib.

“İş bağlandı... Sistem iki səsi qeydə aldı. Hər şey videoya çəkilib. Aydındır ki, bu yolla hər bir dövlət işçisindən 30 səs lehinə alınacaq”, – Rusiyanın müxalifət lideri Aleksei Navalny Lobkov-un onlayn videosundan sonra tvitində yazıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG