Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 03:55

547 yeni yoluxma aşkarlanıb, 6 ölüm


6 min 613 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 547 yeni yoluxma faktı qeydə alınıb.

Bu məlumatı bu gün, iyunun 25-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. O deyib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu virusa yoluxanlardan vəfat edənlərin ümumi sayı 180-nə çatıb.

Azərbaycanda indiyədək ümumilikdə 14 min 852 nəfərin koronavirus infeksiyasına yoluxduğu aşkarlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 8 min 59 nəfər müalicə olunaraq sağalıb, 180 nəfər vəfat edib, 6 min 613 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qurumdan həmçinin qeyd ediblər ki, Azərbaycanda son sutka ərzində koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 274 test aparılıb. Bununla da ölkədə indiyədək aparılmış koronavirus testinin sayının 449 min 235-ə çatdığı vurğulanıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-də aşkarlandığı bildirilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 9 milyon 564 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 485 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG