Keçid linkləri

Təcili xəbərlər
2020, 15 İyul, çərşənbə, Bakı vaxtı 09:10

Onlayn körpə satmaq istədilər, həbs olundular


Hossein Rahimi

İranın paytaxtı Tehranda üç nəfər Instagram sosial media tətbiqi vasitəsilə yeni doğulmuş körpə satmaq cəhdinə görə saxlanıb. Məlumatı polis yayıb.

Tehranın polis rəisi Hossein Rahimi iyunun 23-də deyib ki, saxlanan üç nəfərlə birlikdə 20 günlük və iki aylıq körpələr tapılıb. Həmin şəxslər körpələri “kiçik məbləğə” yoxsul ailələrdən aldıqlarını deyiblər.

Polis körpələrin dövlət himayəsinə alındığını, valideynlərinin müəyyənləşdirildiyini bildirib.

Rahimi-nin sözlərinə görə, son günlər vətəndaşlardan aldıqları telefon zənglərində onlayn körpə ticarətinə qarşı tədbir görmək istənilirdi.

Polis ilin əvvəlində şimal-şərqi Gorgan vilayətində körpə satan bandanın üzvlərini həbs etdiyini bildirmişdi.

O zaman polisin bildirməsinə görə, təqsirləndirilən dörd qadın və bir kişi yoxsul ailələri müəyyənləşdirib, xərclərini qarşılayaraq körpələr dünyaya gələn kimi onlardan alırmış.

XS
SM
MD
LG