Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:46

Koronavirusa ikinci dəfə yoluxma mümkündürmü


Arxiv fotosu
Arxiv fotosu

COVID-19-dan sağalmış şəxsin ikinci dəfə bu xəstəliyə yoluxub-yoluxmayacağı bəlli deyil. Yeni araşdırmalar koronavirus xəstələrində yaranan anticisimlərin uzun müddət qalmadığını üzə çıxarır.

Çində aparılmış yeni tədqiqat göstərib ki, COVID-19 xəstələrində aşkarlanan anticisimlərin səviyyəsi yoluxmadan iki-üç ay sonra kəskin azalır.

Bu da koronavirusa qarşı potensial immunitetin müddəti haqda suallar yaradır. Araşdırma iyunun 18-də “Nature Medicine” dərgisində dərc olunub. Görünür, sosial məsafə və digər ictimai sağlıq qadağalarının uzadılmasını təklif edənlər müəyyən qədər haqlıdırlar.

“İmmunitet pasportları”na əlvida

Anticisim aşkarlanan şəxslərə “immunitet pasportları” verilməsi təklifi səslənirdi və bu təklifin də pandemiyanı nəzarət saxlanmasıda riskli ideya olduğu üzə çıxır.

Koronavirusa yoluxmuş şəxsdə ona qarşı anticisim yaranır. “İmmunitet pasportu” isə o deməkdir ki, anticisim aşkarlanan şəxslər işlərinə qayıda, hətta səyahətə çıxa bilərlər, yəni, artıq immunitet qazandıqları güman olunurdu.

“Asimptomatik şəxslərin virusu effektiv şəkildə yaymasına dəlil getdikcə artır və bu gizlin yayıcıların mövcudluğu epidemiyanı nəzarətdə saxlamağı çətinləşdirir ”, – çinli tədqiqatçılar bildirirlər.

Tədqiqat həm də asimptomatik şəxslərdə daha zəif immun reaksiyasının yarandığını göstərib.

Ancaq Birləşmiş Ştatlarda aparılmış digər araşdırmaya görə, hətta az sayda anticisim belə həmin şəxsi koronavirusdan qoruya bilər.

Həmin araşdırma da iyunun 18-də “Nature” jurnalında dərc olunub.

“Hətta az səviyyədə belə müəyyən anticisimlərin neytrallaşdırma qabiliyyəti ortaya çıxıb”, – Kolumbiya Universitetindən virusoloq Angela Rasmussen araşdırmanı nəzərdən keçirəndən sonra “The New York Times” qəzetinə deyib.

Onu da əlavə edib ki, az sayda anticisim “xəstənin ikinci dəfə yoluxmayacağı demək deyil”.

Asimptomatik şəxslər virusu necə yayır

ABŞ-da aparılan tədqiqat onu da göstərib ki, asimptomatik şəxslər yoluxma zamanı virusu simptomları olandan daha uzun müddətə yayırlar.

Rasmussen-in fikrincə, bu araşdırma ona görə maraqlıdır ki, “asimptomatik xəstələrin virusu yaya bildiyini aşkarlayıb”.

Ancaq alimlər yenə də bir məsələdə yekdil fikrə gəlməyiblər – asimptomatik şəxslərin yaydığı viruslardan xəstələnmək mümkündürmü.

Yale Universitetindən immunoloq Akiko Iwasaki deyir ki, asimptomatik daşıyıcıların yoluxucu virusu, yaxud onun yoluxucu olmayan qalıqlarını yaydığını aydınlaşdırmaq üçün əlavə tədqiqat aparılmalıdır.

Iwasaki-nin qənaətincə, son araşdırmalar “güclü vaksinlərin hazırlanmasının vacibliyini göstərir”, səhiyyə işçiləri isə təbii yolla “kollektiv immunitet”in zamanla yaranacağını unutsalar yaxşıdır.

“İnfeksiya dövründə formalaşan immunitet bir çox şəxslərdə yetərli səviyyədə olmur, qısa müddətə qalır. Kollektiv immunitetin formalaşması üçün təbii yoluxmaya bel bağlaya bilmərik”, – o deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG