Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:47

Taliban azı 14 əfqan təhlükəsizlik əməkdaşını öldürüb


Arxiv fotosu

Ötən gecə talibançılar ölkənin şimalında nəzarət məntəqələrinə hücum edərək azı 14 təhlükəsizlik əməkdaşını qətlə yetiriblər. Məlumatı Əfqanıstan rəsmiləri verib.

Bu həftə Əfqanıstan hökuməti Talibanı əfqan qüvvələrinə hücumları gücləndirməkdə ittiham edib, bunun tərəflərin sülh danışıqlarına hazırlaşdığı bir məqamda baş verdiyini deyib.

Taliban hələlik, iyunun 23-nə keçən gecə baş verənləri şərh etməyib.

Mayın 24-də Taliban Ramazan bayramı münasibətilə üç günlük atəşkəs elan etmişdi. Ondan sonra Əfqanıstan boyunca zorakılıq azalmışdı. Ancaq indi rəsmilər silahlı qruplaşmanı yenidən hücumları artırmaqda suçlayır.

Milli Təhlükəsizlik Şurasının iyunun 22-də bildirməsinə görə, ötən həftə Taliban azı 291 əfqan təhlükəsizlik əməkdaşını qətlə yetirib və bu, 19 illik münaqişənin “ən çox ölümlə nəticələnmiş” həftəsi olub.

XS
SM
MD
LG