Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:03

İran qara qutuları Fransaya verəcəyini deyir


Qəza yeri
Qəza yeri

İran ərazisində vurulmuş Ukrayna təyyarəsinin qara qutularını analiz olunmaqdan ötrü “bir neçə günə” Fransaya göndərəcək. Tehran qurbanların ailələrinə kompensasiya verilməsi məsələsini də həll etməyə hazır olduğunu bildirib.

İranın Xarici işlər naziri Mohammad Javad Zarif kanadalı həmkarı Francois-Philippe Champagne ilə telefon danışığında bu haqda danışıb. Nazirlik iyunun 22-də yaydığı bəyanatında belə deyir.

Champagne deyib ki, Zarif uçuş qeydlərini yubanmadan Fransaya göndərməyə boyun olub.

Kanadalı nazir İrana qurbanların ailələrinə kompensasiya verməkdən ötrü təzyiq göstərirdi. O deyib ki, İran “təzminatla bağlı danışıqlara başlamağa razılaşıb”.

Kompensasiya məsələsi müzakirə olunacaq

İranın Xarici İşlər Nazirliyinin məlumatına görə, Tehran Kiyevə “hüquqi məsələləri həll etməyə və qurbanların ailələrinə kompensasiya məsələsini müzakirə etməyə” hazır olduğunu deyib, ancaq hələ digər tərəfin nümayəndə heyətini qəbul etməlidir.

Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə yanvarın 8-də Tehranın əsas aeroportundan havaya qalxan kimi İranın hava qüvvələri tərəfindən vurulub.

Kiyevə gedən təyyarədəki 176 nəfər həlak olub. Tehran sonradan bu insidentin bir “səhv” olduğunu boynuna aldı.

Faciə vaxtı İran qüvvələri yüksək hazırlıq vəziyyətində idilər. Bundan cəmi bir neçə saat öncə İran İraqda ABŞ qüvvələrinin yerləşdiyi bazalara raket zərbələri endirmişdi.

İranın zərbələri General Qasem Soleimani-nin Bağdad aeroportu yaxınlığında ABŞ dron zərbəsilə öldürülməsinə cavab idi.

Təyyarə vurulandan sonra onun “qara qutuları” beynəlxalq mübahisə mövzusuna çevrilmişdi.

Qutularda təyyarə vurulmazdan öncəki məqamlarla bağlı informasiya ola bilər.

176 qurban arasında 82 İran, 63 Kanada vətəndaşı olub, onların çoxu İran mənşəli idi.

Fransanın BEA hava qəzalarının istintaq agentliyi dünyada qara qutuların oxunması üzrə aparıcı təşkilatlardan sayılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG