Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

ABŞ-da yoluxmalar sürətlə artır


ABŞ-da etiraz aksiyası, arxiv fotosu
ABŞ-da etiraz aksiyası, arxiv fotosu

ABŞ-ın cənubunda və qərbində koronavirusa yoluxmalar sürətlə artmaqdadır, ölkə üzrə virusdan ölü sayı 120 mini keçib.

23 ştatda yeni yoluxmalar artır, Texas, Arizona, Corciya, Florida və başqa yerlərdə xəstəxanaya yerləşdirilənlərin sayında artım tendensiyası qeydə alınıb.

Artıq yeddi gün üzrə yeni yoluxmaların orta sayı 27 min civarındadır və bununla da ölkə mayın əvvəlindəki səviyyəyə qayıdır. O zaman ölkənin böyük hissəsi karantin altındaydı.

Yeni rəqəmlər karantin qadağalarının yumlşaldılmasının yoluxmaları sürətləndirəcəyi haqda proqnozları təsdiqləyir.

Nyu York acılımı davam etdirir

Vaxtilə ABŞ-da pandemiyanın episentri sayılan, 22 min nəfərin xəstəlikdən dünyasını dəyişdiyi Nyu York şəhəri iyunun 22-də açılıma doğru daha bir addım atıb. Son həftələr bu maliyyə mərkəzində gündəlik yoluxmalar 250-yə enmişdi.

Dünya üzrə təsdiqlənmiş yoluxma sayı 9 milyonu keçib, 471 mindən artıq xəstə dünyasını dəyişib.

Birləşmiş Ştatlarla müqayisədə Avropa Birliyində yeddi gün üzrə ortalama yoluxma sayı 4 min civarındadır.

Avropada virusdan ölü sayı 193 min nəfərə yaxındır, bir sıra ölkələr təkrar açılıma gedib.

İyunun 22-dəDünya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə rəsmisi Michael Ryan deyib ki, pandemiya Birləşmiş Ştatlarda və başqa ölkələrdə “sürətlənir”.

“Bir sıra böyük ölkələrdə epidemiya hazırda pik həddədir, yaxud pikə doğru gedir”, – o deyib və rekord sayda gündəlik yoluxmaların daha çox testlərin miqyasının genişlənməsinin nəticəsi olması fikrini rədd edib.

Braziliya, Çin

Braziliyada ölü sayı 51 mini, yoluxmalara 1,1 milyonu keçib. Ancaq real rəqəmlərin daha yüksək olduğu bildirilir.

Əhalisi çox olan ölkələrdən Hindistan və Pakistanda da yoluxmalar, xəstəxanaya yerləşdirilənlərin sayı artmaqdadır.

Çin Pekində pandemiyanın yenidən baş qaldırmasını önləməyə çalışır. Ayın əvvəlində topdansatış bazarında yoluxmalar aşkarlanmışdı.

Səhiyyə ekspertlərinin fikrincə, vaksin hazırlanmayınca yeni koronavirusa qalib gəlmək mümkün deyil. Vaksinin əldə olunması aylarla, hətta illərlə çəkə bilər. Hazırda bir neçə potensial vaksin ilkin sınaq mərhələsindədir.

Fransanın “Sanofi” dərman istehsalçısı iyunun 23-də bildirib ki, Britaniyanın “GlaxoSmithKline” şirkətilə birlikdə hazırladığı potensial COVID-19 vaksininin gələn ilin birinci yarısınadək rəsmən təsdiqlənəcəyinə ümid edir.

XS
SM
MD
LG